ABŞ-da təyyarə qəzası olub, dörd nəfər ölüb

 ABŞ-da təyyarə qəzası olub, dörd nəfər ölüb

DÜNYA

08.07.2025, 10:52

ABŞ-nin Şimali Karolina ştatında kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki azyaşlı uşaq daxil olmaqla dörd nəfərdən ibarət ailə həlak olub.

Hadisə Sanford-Roli hava limanı yaxınlığında baş verib.

Məlumata görə, dörd sərnişindən üçü hadisə yerində ölüb. Biri xəstəxanaya çatdırılıb, lakin həkimlər onun ölümünü təsdiqləyiblər.

Qəzanın səbəbləri ABŞ Federal Mülki Aviasiya İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi üzrə Şura tərəfindən araşdırılır./Report

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR