ASK sədrinə "professor" elmi adı vaxtından əvvəl necə verilib? - AAK payızda qərarı təsdiqləyəcək, yoxsa... (ÖZƏL)

img

08-07-2025 [23:12]


2023-cü ilin dekbar ayında (oxu: https://oyu.edu.az/az/news/442 ) Odlar Yurdu Universitetinin Elmi Şurasının qərarı ilə  Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti və Odlar Yurdu Universitetinin Sahibkarlıq və Biznes İnstitutunun rəhbəri olan Məmməd Qurban oğlu Musayevə professor dərəcəsi verilsə də, Ali Attestasiya Komissiyası (AAK) hələ də bu qərarı təsdiqləməyib.

Mia.az-ın əldə etdiyi məlumata görə, həmin günü keçirilən iclasın qərarına əsasən, cəmiyyətdə "Şapka Mamed" kimi tanınan Məmməd Musayevə Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrası üzrə  "Professor" elmi vəzifəsi verilib.

Maraqlı burasıdır ki, həmin il "Şapka Mamed"ə bu elmi adın verilməsi qanunla mümkünsüz olsa da, nə adıçəkilən universitetin sahibi Əhməd Vəliyev, nə də "professor" buna məhəl qoyub.

Mia.az-ın araşdırması zamanı o da aydın olub ki, Məmməd Musayev hələ dosent adını 04 uyun 2024-cü ildə alıb. Daha dəqiqi, Ali Attestasiya Komissiyası (AAK) onun dosent adını bu tarixdə təsdiqləyib. Elə isə sual yaranır: dosent adı almamış Musayevə bir il əvvələ, yəni 2023-cü ilin dekabr ayında "professor" elmi adı necə verilir?

Mia.az onu da dəqiqləşdirib ki, dosent adını 2024-də aldığı üçün Musayevin professor elmi dərəcəsinə qanunauyğun olaraq, AAK-da yalnız və yalnız ən tezi bu ilin payızında baxıla bilər. Görəsən, AAK sədri Famil Mustafayev payızda gündəliyə çıxarılacağı təqdirdə, hansı qərarı verəcək? 

Məsələ ilə bağlı M.Musayevin mövqeyini də dinləməyə hazırıq.

Mövzuya qayıdacağıq.

Samir MUSAYEV
MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR