Türkiyədə kütləvi zəhərlənmə: 52 nəfər xəstəxanaya yerləşdirilib

img

30-06-2025 [09:25]


Türkiyədə qidadan kütləvi zəhərlənmə olub.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, hadisə Samsunun Alaçam rayonunda Aşura mərasimində baş verib.

Məlumata görə, İncirli məhəlləsində N.K. adlı şəxsin təşkil etdiyi dini mərasimdə verilən toyuq əti, düyü, ayrandan 52 nəfər zəhərlənib: "Ürəkbulanma və qusma şikayətləri ilə onlar Alaçam Dövlət Xəstəxanasına yerləşdiriliblər. Fakt araşdırılır".

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA