Müharibə əlillərinin dərmanları niyə verilmir? - Qalmaqala rəsmi reaksiya
25-06-2025 [10:07]
İki aydır qazilər və əlilliyi olan şəxslər onlar üçün nəzərdə tutulan və pulsuz verilən dərman preparatlarını ala bilmirlər. Bununla bağlı bakupost.az-da məlumat yer alıb. Bildirilir ki, dərman çatışmazlığı qazilər arasında narahatlıq yaradıb.
Bu preparatlar arasında ən çox "Finlepsal" və "Escita" (escitalopram) yer alır. Hər iki dərman psixi-emosional stabillik, depressiya, panik atak, epileptik tutmalar və digər nevroloji pozuntuların aradan qaldırılması üçün vacib sayılır. Bir qrup qazi mövzu ilə bağlı Bakupost.az-a müraciət edərək bildirib ki, reseptlərini əldə etsələr də, aylarla həmin dərmanları ala bilmirlər. Tibb müəssisələrindən isə onlara “depoda dərman yoxdur” cavabı verilir. Bu vəziyyət qazilərin müalicəsində fasilə yaranmasına səbəb olur. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Bakupost.az-a bildirdilər ki, əhalinin, o cümlədən hərbi əməliyyatlarla bağlı əlilliyi müəyyən edilmiş şəxslərin ambulator şəraitdə dərman preparatları ilə təminatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2021-ci il tarixli, 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”na əsasən həyata keçirilir: "Sözügedən qaydalara əsasən, vətəndaşların dərman təminatı onların qeydiyyatda olduqları yaşayış yeri üzrə poliklinikalar və ya ambulator tibb müəssisələri tərəfindən təşkil edilir. Digər əhali qruplarının imtiyazlı qaydada dərman preparatları ilə təmin olunması məsələsi isə hazırda müvafiq qurumlar tərəfindən araşdırılır".
Məsələ ilə bağlı TƏBİB-ə bildirilir ki, dərmanlar sənədləşmə işləri bitəndən sonra təmin ediləcək: “Əlilliyi təyin edilən imtiyazlı şəxslərin dərmanla təmin edilməsi ilə bağlı mütəmadi olaraq zəruri addımlar atılır. Tibb müəssisələrinin dərman təminatı müvafiq qanunvericiliklə və satınalma qaydalarına əsasən həyata keçirilir. Qeyd edilən dərman preparatlarının təmin edilməsi istiqamətində sənədləşmə işləri qısa müddət ərzində yekunlaşdıqdan sonra tibb müəssisələrinə göndəriləcək”.
Lakin məsələ burasındadır ki, bu dərmanlardan birinin gündəlik qəbulu ləngidikdə və ya tamamilə dayandıqda, bəzi insanlarda aqressiv davranışlar, yuxusuzluq, nevroloji tutmalar, posttravmatik stressin dərinləşməsi kimi simptomlar müşahidə oluna bilər. Xüsusilə müharibə travması yaşamış qazilər üçün bu dərmanların fasiləsiz qəbulu yalnız müalicə deyil, eyni zamanda sabit həyat üçün əhəmiyyətlidir.
Hazırkı vəziyyətdə 2 aydan çoxdur uzanan sənədləşmənin qazilər və onların ailələri üçün yarada biləcəyi problemi təsəvvür etmək elə də çətin deyil. Bunun məsuliyyəti isə sənədləşmə işini vaxtında yerinə yetirə bilməyən TƏBİB-in üzərinə düşür.
Qaraabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev “Sherg.az”a açıqlamasında son 1-2 ay ərzində bu problemlə üzləşdiklərini bildirdi:
- Bizə də qazilər, müharibə əlilləri müraciət edirlər ki, dərmanları ala bilmirlər. 1-2 aydır bu problem yaşanır. Müharibə əlillərinə təyin olunan “Fanazepam”, “Diazepam” kimi dərman preparatları əsəb sakitləşdiricidirlər. Məlumdur ki, müharibə əlilləri psixi-nevroz vəziyyətdən əziyyət çəkənlərdir. Bu insanlar travma almış, mina, hərbi sursat partlayışı nəticəsində bədənlərində müxtəlif yaralar, xəsarətlər, qəlpələr gəzdirirlər. Əlbəttə, həssasdırlar, ruhi sakitliyə ehtiyacları var. Bu dərmanlar təyin edilibsə, reseptə yazılıbsa, deməli, onları qəbul etmək zəruridir. Dərman olmayanda, qazilərin sağlamlığında, ruhi vəziyyətlərində problem yaranır.
A.Əliyev qeyd etdi ki, şəxsən problemlə maraqlanmaq məqsədilə yerli poliklinika şöbəsinə müraciət edib:
- Özüm poliklinikaya getdim, maraqlandım, niyə dərmanlar verilmir, 2 aydır bu vəziyyət davam edir. Bldirildi ki, iyul ayından etibarən dərmanların verilməsinə başlanacaq. Dərmanların alınmasına bir müddət problem olub. Amma gələn aydan dərmanlar mütəmadi veriləcək.
MİA.AZ
Xalq artisti məhkəməyə verildi - Keçmiş xanımı tərəfindən
Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda siqaret aşkarlanıb
Heç kim qanundan üstün deyil! - Bəylər Eyyubovun qohumları da
Səməd Seyidovun adından saxta xəbər yayıldı - Xəbərdarlıq
Leyla və Alena Əliyevalar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində - FOTOLAR
“Nar”ın “Çoox Şanslı” lotereyasında 9-cu avtomobil uduldu
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
45 hakim and içib
Ağdərəyə növbəti köç olub
İnstitut direktoru vəzifədən azad edilib - Yeni təyinat
Çingiz Qənizadənin oğlu yeni vəzifəyə təyin olunub
DİN Qarabağ bölgəsinə gedən şəxslərə müraciət edib
İcra başçısının müavini vəzifədən çıxarılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
"Güzəştli mənzil" sisteminə kiberhücum... - DTX araşdırmaya başlayıb
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib