“İdeya İnkubasiyası Proqramı”nın final mərhələsi keçirilib - Azercell və ADA Universitetinin birgə təşəbbüsü ilə
18-06-2025 [10:54]
“Azercell Telekom” MMC və ADA Universiteti Fondunun əməkdaşlığı ilə həyata keçirilən “İdeya İnkubasiyası Proqramı” uğurla yekunlaşıb. Final mərhələsinin nəticələri ADA Universitetində təşkil olunan mükafatlandırma mərasimində elan olunub.
Mia.az xəbər verir ki, builki proqram çərçivəsində ADA Universitetinin tələbələrindən ibarət 10 komanda innovativ ideyaları ilə birincilik uğrunda mübarizə aparıb. Layihə müddətində yarışçılar Azercell əməkdaşları və ADA Universitetinin müəllimləri tərəfindən keçirilən təlim və mentorluq sessiyalarında iştirak edib, ölkənin startap ekosistemi ilə yaxından tanış olublar və nəzəri biliklərini praktiki bacarıqlarla zənginləşdiriblər.
Final mərhələsinə yüksəlmiş 5 komanda layihələrini peşəkar mentor və ekspertlərdən ibarət münsiflər heyəti qarşısında təqdim ediblər.
Münsiflər heyətində Azercell-in Rəqəmsal Platformalar və Tədqiqatlar şöbəsinin rəhbəri Şahin Abdurəhimov və Data Analitikası və Süni İntellekt departamentinin aparıcı mütəxəssisi Süleyman Süleymanzadə yer alıblar.
Layihələr problemin dəqiq təsviri, təqdim olunan biznes modelinin dayanıqlılığı, hədəf auditoriyaya uyğunluğu və rəqabət üstünlüyü kimi meyarlar əsasında qiymətləndirilib. Yekunda 3 komanda qalib elan olunub.
Birinci yerə “Bereket” komandası layiq görülüb. Komandanın təqdim etdiyi tətbiq istifadəçilərə gündəlik qida seçimlərini asanlaşdırmaq məqsədilə ağıllı yemək planlaşdırma və alış-veriş dəstəyi təklif edir.
İkinci yerin qalibi “VirtuCards” layihəsi olub. Bu rəqəmsal həll istifadəçilərə smartfonları vasitəsilə virtual kart funksionallığı təqdim edərək ofis və kampuslara təhlükəsiz giriş imkanı yaradır və ənənəvi plastik kartları əvəz edir.
Üçüncü yerə isə “Papereasy” platforması çıxıb. Süni intellekt əsaslı bu həll akademik sənədləri müxtəlif jurnal və konfrans şablonlarına uyğun olaraq avtomatik təhlil etmək və formatlaşdırmaq imkanı verir və tədqiqat prosesini asanlaşdırır.
Qalib komandalar pul mükafatı ilə təltif olunublar. Eyni zamanda, fərqlənmiş tələbələr, bilik və bacarıqlarını real iş mühitində tətbiq etmək imkanı əldə edərək Azercell-in təcrübə proqramında iştirak hüququ qazanıblar.
Qeyd edək ki, “İdeya İnkubasiyası Proqramı” 2023-cü ildən etibarən keçirilir və gənclər arasında innovativ düşüncə tərzinin formalaşdırılması, həmçinin ölkədə startap ekosisteminin inkişafına dəstək məqsədi daşıyan mühüm təşəbbüslərdən biridir.
Rəsmi Tehrandan MAQATE-yə etiraz: "İsrailə bəhanə verirsiniz"
Çempionlar Liqasının püşkü atılıb - "Qarabağ"ın rəqibi bəlli olub
Prezident İlham Əliyev Nataliya Kiselovanı qəbul edib - FOTOLAR
Zakir Həsənov Belarusda hərbi zavodlara baş çəkib - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Müəllimlərin sertifikatlaşdırılması: imtahanı mərhələsinə start verilib (YENİLINİB)
PUTİNDƏN İSRAİLƏ SƏRT XƏBƏRDARLIQ: "Səbrimiz tükənir" - "Dünya nüvə fəlakətinə sürüklənir"
Qəzzada yardım gözləyənlər atəşə tutulub - 32 nəfər ölüb
MEDİA jurnalistlər üçün müsabiqə elan edib - Şərtlər
"Nə qədər ki, təyinat və vəzifədə qohumluq, dostluq və..." - PA rəsmisindən maraqlı mesaj
Fikrət Məmmədov təltif olunub
“İdeya İnkubasiyası Proqramı”nın final mərhələsi keçirilib - Azercell və ADA Universitetinin birgə təşəbbüsü ilə
İranda "Mossad"ın daha 5 agenti tutulub
Nemət Pənahlı efirdə ağladı - VİDEO
Əl-Əqsa məscidi bağlanıb
Azərbaycan neftinin qiyməti 79 dolları ötdü
Ləmbəranski vəzifədən çıxarıldı
İcra başçısına sui-qəsddə ittiham olunan şəxs... - Hakim qərar verdi
Tanınmış rəssam Fərhad Yalquzaq vəfat edib
“18+” - yeniyetmələr üçün məxfi açar sözlük - Təbriz VƏFALI YAZIR
İranda vətəndaşlara WhatsApp-la bağlı xəbərdarlıq: "Proqramı dərhal silin" - Qarşı tərəf isə "Biz istifadəçiləri izləmirik" deyir
İran İsrailə daha 25 raket atıb - 24-ü havada vurulub, biri isə...
İRAN LİDERİ: "Sionistlərlə bazarlıq olmayacaq" - "İsraillə qətiyyətlə mübarizə aparılmalıdır"
İspaniyadan Aİ ölkələrinə çağırış: "İsrailə silah embarqosu qoyun"
Kəngərli kəndinə daha 40 ailə köçürülüb
Yeni Qərargah növbəti raket hücumu ilə bağlı Hayfa və Təl-Əviv sakinlərinə səsləndi: "Şəhəri boşaldın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qarabağ" braziliyalı müdafiəçi ilə anlaşıb
"İRANIN ALİ DİNİ LİDERİNİN GİZLƏNDİYİ YERİ DƏQİQ BİLİRİK, AMMA..." - Tramp Tehran rejiminə elə xəbərdarlıq elədi ki...
Ruben Vardanyan Bakıda məhkəmədə - Zərərçəkənlər ifadə verirlər
İsrail İranın qərbinə ard-arada zərbə endirir - Açıqlama
Azərbaycanda 282,9 min nəfər işsiz var
Bakıda unikal dələduzluq... - Məhkəmədə barışıq oldu
“Tiktok”da vətəndaşları aldadan şəxs saxlanılıb
Şəxsi həyatı ziqzaqlı olan aparc kanaldan qovuldu
Avropa Liqasının püşkü atıldı - "Sabah"ın rəqibi hansı komanda oldu?