Müsabiqə qaliblərinə qarğış...
12-06-2025 [13:05]
Xəbər verildiyi kimi, dünən, yəni, iyunun 11-də “Baku Marriott Hotel Boulevard” otelində Azərbaycan Mətbuat Şurası, Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi (TŞİİB) və Veysəloğlu Şirkətlər Qrupunun media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, televiziya və radio) təmsilçiləri arasında “Kiçik və orta biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda keçirdiyi araşdırma müsabiqəsinin qalibləri arasında Mia.az-ın əməkdaşı Zülfiyyə Mustafayeva da var.
Mia.az xəbər verir ki, həmin müsabiqəyə Z.Mustafayeva "Evimizə "girən" marketlər: Ərzaq təhlükəsizliyimizi onlar necə qoruyur?" başlıqlı yazı təqdim edib və münsiflərin qərarı ilə 2-ci yeri qazanıb.
Təəssüf ki, bütün müsabiqələrdə gözlənildiyi kimi, bu müsabiqədən də sonra narazılıq edən olub.
Belə ki, jurnalist Elnurə Abuşova sosial media hesabında qarğış janrında qalibləri, münsiflər heyətini (onların arasında professor Qulu Məhərrəmli və digər tanınmış sahə mütəxəssisləri var - Mia.az) və təşkilatçıları ittiham edib.
30 ildən çoxdur media sahəsində olan, ixtisasca jurnalist Zülfiyyə Mustafayevanın da qaliblər arasında olduğunu nəzərə alaraq, qarğış yağdıran Abuşovaya adımızı üstüörtülü hallandırdığı üçün bir kəlmə ilə cavab veririk: sən də yazını sosial mediada olduğu kimi paylaş, Zülfiyyə Mustafayeva da!!!
Hə, bir də inandığın nə varsa, ona and iç ki, Z.Mustafayeva qalib gəlmək üçün hansısa "qaranlıq qapı"dan girib! Və bunu sübut elə!
Ümumiyyətlə, bir jurnalistin qalib həmkarlarına jurnalist statusuna yaraşmayan formada qarğış etməsi təqdir oluna bilməz! Əlbəttə, bu, xoş olmadığı qədər, kənar dairələrdə media, onun subyektləri və jurnalistlərə qarşı ikrah yaradır. Məqsəd budursa, nə deyək ki...
Yeri gəlmişkən, kim ki, istər bu, istərsə E.Abuşovanın elə özünün də iştirak etdiyi digər müsabiqələr daxil, istənilən yarışda "separat oyunlar"la kimlər qalib elan olunubsa, o zaman qarğış hər kəs üçün keçərli olsun!
Son olaraq, MİA.AZ XƏBƏR PORTALInın adını bir daha kimlərsə cılız şəxsi maraqlarına alət etməyə cəhd edərsə, o zaman daha sərt cavabımız olacaq! Biz bunu arzulamırıq, lakin sərhədi aşan hər kəs "dərsini alacaq"!
MİA.AZ
Bu gün Silahlı Qüvvələri Günüdür
"PUTİN ZOR VƏ ÇƏTİN ADAMDIR" - "Gələn həftə İranla danışacam, ola bilsin, razılaşdıq"
Tovuzda kütləvi zəhərlənmə olub (YENİLƏNİB)
Ərdoğan: "Trampla S-400 haqda danışmadıq, F-35-lər..."
Tramp: "NATO-nun büdcəsi bir trilyon dollardan çox artacaq"
Hakim politoloq Azər Qasımlıya "yox" dedi
Ceyhun Bayramov İran səfiri ilə bir arada - Müzakirə + FOTOLAR
Ordu günü Bakı, Gəncə, Xankəndi və Laçında yürüş olacaq
Ceyhun Bayramov Sudanın yeni səfiri ilə görüşüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
Muxtar Babayevin statusu müəyyənləşdi
Bakıda kassadan 34 600 manat pul oğurlayan şəxs saxlanılıb
BU RAYONLARA PROKUROR TƏYİNATI OLDU - Siyahı (YENİLƏNİB)
İran MAQATE ilə vidalaşır - Parlament qanun layihəsini qəbul etdi
Qəzzada 32 fələstinli həlak olub
Rövşən Nəcəf AFFA rəhbərliyini SOCAR-a toplayıb
İlham Əliyev Türk Dövlətləri Təşkilatı ilə bağlı sazişi təsdiqləyib
“Kontakt Home” haqqında rəsmi araşdırma başlayıb - Qanunu pozub
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bir test sualı üçün 3 manat ödənilir: "Əgər Elnur Əliyev oranı da caynağına keçirməyibsə..." - "Əliboş gedirdik bunkerə..."
NATO liderləri Haaqada qapalı müzakirə aparırlar
İstintaq və təhqiqatçılara yeni səlahiyyət verilib - Prezidentdən daha bir dəyişiklik
HƏRBÇİLƏRİN CİNAYƏTLƏRİ... - Prezident dəyişikliyi təsdiqlədi
"SƏNİN ŞTATIN İXTİSARA DÜŞDÜ" DEYİRLƏR, LAKİN... - "Azəriqaz"da etirazlar kütləviləşir
7 İsrail hərbçisi öldürülüb - 2 yaralı var
Əsəd Əsədzadə saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Caner Erkin super liqanın sürpriz komandasına keçir
XİDMƏT RƏİSİ VƏ POLKOVNİKLƏRƏ GENERAL RÜTBƏSİ VERİLDİ - Sərəncam
Agentlik sədrinə sayca 4-cü müavin təyin olunub
Professor: “Ay axmaq oğlanlar, qoy sizin pulunuzu yox, özünüzü sevsinlər” - “Qızlarda çətinliklərə dözüm yoxdu" (VİDEO)
Məhkəmələrdə kargüzarlığın aparılması qaydası təsdiqlənib
Azərbaycan nefti kəskin ucuzlaşdı - 8 dollar
İngilis futbolçu "Fənərbağça"ya hə" dedi
Kəbin, yaş fərqi, qohum evliliyi... - İyuln 1-dən yeni evlənənləri əlavə "yük" və qadağalar gözləyir
12 günlük savaş: İsraildə 30 mindən çox binaya zərər dəyib