Rəşid Behbudovun xatirə otağının açılışı olub

img

11-06-2025 [10:12]


Dövlət Mahnı Teatrında dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun (1915-1989) anım günü münasibətilə sənətkarın xatirə otağının açılışı olub.

Mia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bldirilib ki, tədbirdə rəsmilər, tanınmış mədəniyyət və elm xadimləri, müğənninin ailə üzvləri iştirak ediblər.

Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev, Əməkdar incəsənət xadimləri – bəstəkar Aydın Əzimov və şair Baba Vəziroğlu çıxış edərək müğənninin Azərbaycanın musiqi mədəniyyəti tarixindəki böyük rolundan söz açıblar. Rəşid Behbudovun yaratdığı və adını daşıyan teatrda Xatirə otağının yaradılması təqdirəlayiq addım kimi dəyərləndirilib.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Mahnı Teatrının musiqi kollektivi, eləcə də tanınmış müğənnilərin ifasında unudulmaz sənətkarın repertuarından nəğmələr səsləndirilib.

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR