İsrail ordusu qəzzalıları evlərinə buraxmır - Mətbuat katibi bloklanmış ərazilərin xəritəsini yaydı

img

05-06-2025 [08:28]


İsrail ordusu Qəzza zolağının şimalından cənub bölgələrinə köçə məcbur etdiyi fələstinliləri evlərinə dönmələrinı "qırmızı işıq" yandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda İsrail Ordusunun sözçüsü Aviçay Adraee bildiriş yayıb.

Mətbuat katıbı bildirişə bloklanmış ərazilərin xəritəsini əlavə edərək, cənuba zorla köçürülmüş sakinlərdən evlərinə dönməmlərini tələb edib.

O, Qəzza zolağının şimal bölgələrinin bloklara bölündüyü və qırmızı rənglə işarələndiyi xəritəsini göstərərək qeyd edib ki, bu ərazilər ordunun ciddi nəzarətindədir və giriş qadağan olunub: "Qəzza zolağının şimal hissəsindəki Beyt Lahiya, Beyt Hanun, Cibaliya və ətraf bölgələrdəki evlərinə qayıtmaq istəyən fələstinlilər bu fikirlərindən daşınmalıdırlar"

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA