Baş katibin xanımı İçərişəhərlə tanış olub
08-05-2025 [12:09]
Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li mayın 8-də dünya mədəni irs abidələri sırasında yer alan İçərişəhərlə tanış olub.
Mia.az xəbər verir ki, qonağın İçərişəhərdə gəzintisi tarixi memarlıq abidəsi olan Qız Qalası ilə tanışlıqdan başlayıb. Xanım No Fon Li qala divarlarının inşasının tarixi barədə məlumatlandırılıb.
Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.
Qız qalasının içərisinə daxil olan qonağa abidənin daxili strukturu, keçmişdəki funksiyası və arxeoloji tapıntılar barədə ətraflı məlumat təqdim edilib.
Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq qonaqda böyük maraq doğurub.
Gəzinti zamanı Baş katibin xanımına UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.
Qonaq İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində yaradılan “Dastan” brendi ilə də tanış olub. Ona bu brendin milli irsimizin qorunması və təşviqi istiqamətində həyata keçirilən layihələr, eləcə də təqdim olunan əl işləri və sənət nümunələri barədə ətraflı məlumat verilib.
Burada Baş katibin xanımına xatirə hədiyyəsi olaraq Xarıbülbül döş nişanı və Qarabağ xalçası ornamentləri ilə bəzədilmiş suvenir qab hədiyyə olunub.
Gəzinti zamanı qonağa Yeraltı hamam barədə məlumat verilib. Qeyd olunub ki, XVII əsrin əvvəllərinə aid olan bu tarixi-memarlıq abidəsi İçərişəhərin cənub-şərq hissəsində yerləşir. Guşə daşlarından inşa edilən hamam memarlıq üslubu və özünəməxsus xüsusiyyətləri ilə həmin dövrün şəhər hamamı ənənələrini əks etdirir.
İçərişəhərdə gəzinti zamanı xanım No Fon Li isti təndir çörəyinə qonaq edilib.
Gəzinti zamanı Baş katibin xanımı orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan “Şirvanşahlar Sarayı Kompleksi” ilə də tanış olub. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
İçərişəhərlə tanışlıq xanım No Fon Lidə xoş təəssürat yaradıb.
Ermənilər Bakıda hakim qarşısında: Kəlbəcərin işğalı faktını əks etdirən videomaterial nümayiş olunub
Vyetnamın Baş katibinin Azərbaycana səfəri başa çatıb
İlham Əliyev Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb - MƏTN
Milli Məclis bəyanat verdi - MƏTN
Axtarışda olan daha dörd nəfər Azərbaycana ekstradisiya edilib
AYNA-nın "aynasız işləri"... - FOTOLAR
Metz: "Böyük məsuliyyət hələ də üzərimizdədir"
Almaniyanın yeni kansleri: "Rusiya ən böyük təhdid olaraq qalır"
Rövnəq Abdullayevin qızının ərinin bank indi də "keşbək"ləri kəsdi
Əli Əsədov To Lam ilə görüşüb - Nələr müzakirə olunub? (FOTO)
Rasim Məmmədov məhkəməyə şikayət edib - Əmlak davası
Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib - FOTOLAR
“Nar”ın baş icraçı direktoru Gəncədə konfransda çıxış edib - FOTO
Arif Babayevə Heydər Əliyev Mükafatı verildi - Sərəncam
Abşeronda İran vətəndaşı tutulub
Bir qrup tanınmış şəxs Tofiq Yaqublu ilə bağlı müraciətə imza atdı
Sabahın hava proqnozu açıqlandı
Azercell-in tərəfdaşlığı ilə “Baku Flames” festivalı keçirilib
Baş katibin xanımı İçərişəhərlə tanış olub
Milli Məclis bəyanat verəcək
Ceyhun Bayramov Vyetnam xarici işlər naziri ilə görüşüb
Sumqayıtda emalatxanada partlayış olub, xəsarət alan var
Azərbaycan nefti 63 dollara düşdü
Musiqi müəllimlərin attestasiyası: növbəti mərhələ başlayır
Rıza Çalımbay: "Qalan bütün matçlar bizim üçün final olacaq"
FED rəhbəri Trampa qarşı çıxdı: "Yüksək tarif tətbiqi inflyasiya və işsizlik arta bilər, üstəlik..."
Qəzzada daha 26 nəfər həlak olub
Keniyada 5000 qarışqa ilə tutulan belçikalılar cərimələnib
Çempionlar Liqası: PSJ və İnter finalda "döyüşəcək"
Kriştiano Ronaldonun oğlu milli komandaya çağırılıb
"Abdin Fərzəliyevin Həştərxanda biznesi var, ona görə səsini dinməz qoyub, bəs deputat?"
"Rusiya atəşkəsə qarşı deyil" - Zaxarova
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Pakistanın baş naziri ilə telefonda danışıb: "Yanınızdayıq"
Nazir təyinatından bir gün sonra vəzifədən azad edilib? - Sərəncamla bağlı qərar niyə rəsmi resurslardan götürülüb? (AÇIQLAMA)
Pakistan Müdafiə naziri nüvə müharibəsinin anonsunu verdi: "Əgər Hindistanla genişmiqyaslı hücum edərsə..."
Robotex Azərbaycan Avrasiya Çempionatı: ADPU və AzTU tələbələri 9 kateqoriya üzrə 1-ci yeri qazanıblar - FOTOLAR
Ceyhun Bayramov İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudani ilə görüşüb
Mehriban Əliyeva Baş katibinin xanımı ilə görüşüb - FOTO
Vilayət Eyvazov polis olmaq istəyən 215 nəfərə tövsiyə verib - VİDEO
Nəsimi rayonunda "Bir Xalqın Taleyini Dəyişən Ömür: Heydər Əliyev – Qəlblərdə Yaşayan Lider" mövzusunda tədbir keçirilib - FOTOLAR
Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq
Prezidentin köməkçisi NATO nümayəndəsi ilə görüşüb - FOTO
Hindistanda fövqəladə vəziyyət: müdafiə təlimləri genişləndirilir
Tramp: "Fars körfəzi “Ərəb körfəzi” adlanacaq"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı