Gərginlik pik həddə: nüvə gücləri qarşı-qarşıya – Müharibə başlayır? (TƏHLİL)
30-04-2025 [15:48]
Hindistan və Pakistan arasında münasibətlər yenidən gərginləşib. İki ölkə faktiki olaraq müharibə vəziyyətinə yaxınlaşıb.
22 aprel tarixində Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində silahlı şəxslərin turistlərə atəş açması nəticəsində baş verən insidentdən sonra Hindistan Pakistanı ittiham edib və İslamabadı terrorizmə gizli dəstək verməkdə günahlandırıb.
Hadisədən dərhal sonra Yeni Dehli Pakistana qarşı bir sıra sərt addımlar atıb:
Birincisi, Hindistan bəndlər və kanallar üzərində su axınını tənzimləyən dörd şlüz qapısını bağlayaraq Hind çayından Pakistana su axınının qarşısını alıb. Qeyd edək ki, bu, 1960-cı ildə imzalanmış Hindistan-Pakistan Su Müqaviləsindən sonra baş verən ilk belə haldır. Müqaviləyə əsasən, siyasi münasibətlərdən asılı olmayaraq, su ehtiyatlarının bölüşdürülməsi təmin edilməli idi. Pakistan Hindistanın bu addımını “müharibə aktı” kimi qiymətləndirəcəyini bildirib.
İkincisi, Hindistan Pakistanla sərhəddə artan gərginlik və atışmalar fonunda gəmi əleyhinə raketləri sınaqdan keçirib. Məlumatda bildirilir ki, “atışların məqsədi uzun məsafələrdə dəqiq zərbələr endirmək üçün platforma, sistem və ekipajın hazırlığını nümayiş etdirməkdir.”
Üçüncüsü, Hindistan və Fransa arasında 7,3 milyard dollarlıq müqavilə imzalanıb. Hindistanın Müdafiə Nazirliyi bu barədə X sosial şəbəkəsində məlumat yayıb. Müqaviləyə əsasən, Hindistan 26 ədəd “Rafale Marine” qırıcı təyyarəsi alacaq.
Təbii ki, Pakistan da cavabsız qalmayıb. Gərginliyin artması fonunda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarələrinin Pakistana doğru hərəkət etdiyi müşahidə olunub. “Flightradar” izləmə sisteminin məlumatına görə, Türkiyənin 6 ədəd C-130 təyyarəsi artıq İslamabaddakı hərbi bazaya eniş edib.
Hazırda Hindistan və Pakistan arasında gərginliyin artması hər iki ölkənin silahlanmasını və bölgədəki təhlükəsizlik balansını ciddi sual altına alır. Xüsusilə nəzərə alsaq ki, hər iki ölkə nüvə silahına malikdir, münaqişənin qlobal miqyasda narahatlıq doğurması başadüşüləndir.
Hindistan və Pakistan tarixdə indiyədək rəsmi olaraq 4 dəfə müharibə aparıblar. Təkcə bu müharibələri analiz etmək belə mövcud gərginliyin potensial nəticələrini proqnozlaşdırmağa əsas verir:
1947–1948-ci il müharibəsi (Birinci Kəşmir müharibəsi): Bu müharibə Hindistan və Pakistanın müstəqillik əldə etməsindən dərhal sonra baş verdi. Kəşmir hökmdarının Hindistana birləşmək qərarı Pakistanla qarşıdurmaya səbəb oldu.
1965-ci il müharibəsi: Yenidən Kəşmir bölgəsindəki mübahisə üzündən başladı. Müharibə təxminən bir ay davam etdi və çox sayda insan tələfatına səbəb oldu. BMT-nin müdaxiləsi ilə atəşkəs əldə olundu.
1971-ci il müharibəsi: Bu müharibə əsasən Şərqi Pakistanın (indiki Banqladeş) müstəqillik uğrunda apardığı mübarizə çərçivəsində baş verdi. Hindistan Banqladeşi dəstəklədi, nəticədə Pakistan məğlub oldu və Banqladeş müstəqilliyini qazandı.
1999-cu il Kargil münaqişəsi: Pakistan ordusu və yaraqlılar Kəşmirin Kargil bölgəsində Hindistan mövqelərini ələ keçirməyə cəhd etdilər. Hindistan cavab hücumu ilə ərazini geri aldı. Bu lokal xarakterli münaqişə də rəsmi olaraq müharibə səviyyəsində qiymətləndirilir.
Göründüyü kimi, 1971-ci il müharibəsi istisna olmaqla, digər üç münaqişə birbaşa Kəşmir bölgəsi ilə bağlıdır. Bu da onu göstərir ki, mövcud gərginliyin də əsas mərkəzi məhz Kəşmir olacaq. Əlbəttə, digər bölgələrdə də toqquşmalar mümkündür.
Ümumilikdə, müasir müharibələrin təbiəti dəyişib. Texnologiyanın inkişafı, silah və hərbi texnikanın baha olması müharibələri həm xərcli, həm də mürəkkəb hala gətirib. Hindistan və Pakistanın iqtisadi və sosial problemlərini nəzərə alsaq, klassik, uzunmüddətli və total müharibənin baş verməsi ehtimalı azdır. Mövcud gərginlik daha çox 1999-cu il Kargil Münaqişəsi tipli qısamüddətli hərbi qarşıdurma ilə yekunlaşa bilər.
Hindistan və Pakistanın nüvə silahına malik olması onların müharibə aparmaq imkanlarını məhdudlaşdıran əsas amillərdəndir. Mən hesab edirəm ki, iki ölkə total müharibə vəziyyətində belə nüvə silahından istifadə etməyəcək. Amma bu silahların mövcudluğu münaqişənin uzunmüddətli olmasının qarşısını alır, çünki böyük güclər bir müddət sonra müdaxilə edərək tərəfləri sülhə çağıracaqlar.
Mövcud gərginliyin əsas səbəblərindən biri Hindistanda hakimiyyətdə olan radikal millətçi BJP partiyası və onun lideri Narendra Modidir. Modi uzun müddətdir islamofob və ifrat millətçi siyasət aparır. 2014-cü ildə hakimiyyətə gəldikdən sonra Hindistanda islamofobiya və müsəlmanlara qarşı zorakılıq halları artmağa başlayıb. Hindli millətçilərin müsəlmanları ölümlə hədələyən and videoları dəfələrlə beynəlxalq reaksiyalara səbəb olub.
Narendra Modinin müsəlmanlara qarşı atdığı ən qatı islamofob addımlardan biri vətəndaşlıq aktına etdiyi düzəlişdir. Yeni qanuna əsasən, Əfqanıstan, Pakistan və Banqladeşdən olan qeyri-müsəlman qaçqınlara Hindistan vətəndaşlığının verilməsi sadələşdirilib. Maraqlıdır ki, bu şəxslər əsasən müsəlmanların kompakt yaşadığı şimal vilayətlərinə yerləşdirilir. 2021-ci ildən bəri Hindistanda bu qanuna qarşı etirazlar davam edir.
Modinin antimüsəlman siyasəti ilə yanaşı, Hindistandakı ağır sosial-iqtisadi vəziyyət də gərginliyin artmasına səbəb olur. Sadə dillə desək, Modi narazı əhalinin diqqətini müharibə təhlükəsi ilə yayındırmaq istəyir. Amma düşünürəm ki, bu gərginlik uzun müddət davam etməyəcək. Çünki müharibənin uzanması əks reaksiya yaradaraq Modi hakimiyyətinə qarşı yönələ bilər. Bundan əlavə, Hindistanda milyonlarla müsəlman yaşayır və müharibə vəziyyətində daxildə etnik və dini qarşıdurmaların baş verməsi istisna deyil.
Turan Rzayev
MİA.AZ
“Bəli, mən partiyanın sədri seçilmişəm" - Elçin Ağamalı sənədləri Ədliyyə Nazirliyinə göndərir
Allahşükür Paşazadə Papa ilə görüşəcək
Dabaq ölkəmizdə necə kütləviləşib? - AQTA nazirlik haqqında məxfi hesabat hazırlayıb? (Açıqlama)
Almaniyada quş qripi: 400.000-dən çox quş məhv edilib
Cəlilabadda 1 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb
Bəylər Eyyubovdan əvvəl katibliyin rəisi kimlər olub? - PA-dakı dəyişikliklə bağlı maraqlı məlumat yayıldı
Pensiya kapitalı nə qədər artırılacaq? - Deputat detalları açıqladı
Maşın arı qutularına çırpıldı - Qəzəbli arılar iki nəfəri öldürdü
Türkiyədə hərbi maşın aşıb - Yaralılar var
Xalq artisti Məleykə Əsədovanın toy görüntüləri yayıldı - VİDEO
Agentlik direktoru hansı rayonun icra başçısı olacaq? - İddia var
Rəsmi Moskva: "ABŞ-ın son sanksiyası münasibətlərə zərər verdi"
Okan Buruk: "Çətin bir komandaya qarşı gözəl bir qələbə qazandıq"
Məşhur aktyor "Uzak Şəhər"dən ayrıldı - Bu səhnəyə görə + FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Biz çox çətinlik çəkdik, amma..." - "Şamaxı"nın Baş məşqçisindən "Qarabağ"la oyun haqda açıqlama (VİDEO)
İstanbulda zəlzələ olub
Prezident İlham Əliyev Avstriya prezidentinə məktub göndərib - MƏTN
PKK terror təşkilatı Türkiyədən tamamilə geri çəkilib
Partiya sədri qardaşı ilə sədrlik davasına qalxan deputata mesaj verdi: "Siyasət nə “Buta” bağçası, nə “La Vida”, nə də “Altus” MMC-dir..."
Zabil Qəhrəmanov barəsində qərar verildi
Heyvan bazarları niyə bağlanır? - VİDEO
"Baş verənlər ata kimi mənim faciəmdir" - Fəzail Ağamalı oğlu haqqında "O, partiyaya gəlməyə layiq olan adam deyil" dedi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fəzail Ağamalının partiyasında qalmaqal: ailə bir-birinə girdi - AÇIQLAMALAR + VİDEO, FOTOLAR (Yenilənib)
Deputat qızının ittihamlarına cavabdan yayındı: "Şər-böhtana şərh vermək istəmirəm"
Vəhdət Partiyası Adəm İsmayıla satıldı, Ana Vətən Partiyası isə... - Elbəyi Həsənli yazır
Əli Nağıyev Tbilisidə rəsmi səfərdə - FOTOLAR
Kəmaləddin Heydərovun adı kitabdan niyə çıxarılıb?
Agentlik işçiləri ilə dava: “Rüşvət istəyirlər, ya pul verməlisən, ya da..." - VİDEO
"Qeyri-etik, təhdid xarakterli..." - Deputat qardaşı ilə qurultaydakı gərginliyi belə izah edir
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
Vətəni niyə sevirik?
"Oğlum yalan danışır" - Fəzail Ağamalı davadan danışdı
Onlayn qumar oyunları: 5 dəstə ifşa edilib
Elman Nəsirovun qızı video yaydı - Atasına ağır ittihamlar (VİDEO)
Sabah yağış yağacaq
“Aztelekom” videomüşahidə sistemi üçün 46500 manat xərcləyəcək
Prezident İlham Əliyev Tokayevə məktub göndərdi - MƏTN
Yaşlı adamı döyən market mühafizəçisinə cəza verildi
Bakıda ağacları "Ağ Amerika" qurdu basıb - Açıqlama