Çin kosmosa yeni komanda göndərib

img

24-04-2025 [14:46]


Yer orbitində Çinin Tienqonq (Səma Sarayı) Kosmik Stansiyasında xidmət edəcək səkkizinci taikonavt komandası yola düşüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Çinin İnsanlı Kosmos Proqramı Agentliyi (CMSA) açıqlama yayıb.

Bildirilib ki, taikonavtlar Çinq Donq, Çinq Konqrui və Vanq Cienidən ibarət "Xinzhou-20" kosmik gəmisi Qobi səhrasındakı Ciuçüen Orbit Mərkəzindən Long March 2F raketi ilə yola salınıb

Xatırladaq ki, Çin Yer orbitində öz kosmik stansiyasını yaradıb. Əsas modul, 2 laboratoriya modulundan ibarət olan və kosmik teleskopun daxil edilməsi planlaşdırılan Tienqonq Kosmik Stansiyası Rusiyanın vaxtilə istifadə etdiyii Mir Kosmik Stansiyasına qurulub. Stansiyanın əsas hissəsi olan "Tienhı (Göylərin Harmoniyası)" əsas modulu 29 aprel 2021-ci ildə, ilk laboratoriya modulu "Vıntien (Göyləri axtaran)" 24 iyul 2022-ci ildə və ikinci laboratoriya modulu "Mıngtien (Yuxular) 2022-ci ilin oktyabrında istifadəyə verilib.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR