Daha bir ölkədə matəm elan olunub - Papaya görə

img

22-04-2025 [13:39]


Venesuelada üç günlük matəm elan edilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransiskin ötən gün vəfat etməsi olub.

Dövlət televiziyasından bildirilib ki, bu haqda Venesuela prezidenti Nikolas Maduro fərman imzalayıb.

Bu müddət ərzində bütün dövlət qurumlarında bayraqlar yarıya endiriləcək, ölkədə şənlik olmayacaq.

Xatırladaq ki, Argentina və Braziliyada isə 7 günlük matəm elan edib.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA