Böyük Britaniyada "təmizlik işçiləri" aksiyaya qalxıb - Ölkəboyu etiraz planlanıb

img

16-04-2025 [09:47]


İngiltərənin Birmingem şəhərində Təmizlik qurumunun işçiləri etiraza qalxıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə şəhəri zibil və tullantılar "basıb".

Məlumata görə, aksiyaçıları həmkarlar ittifaqı tam dəstəkləyib: "Onlar maaşlarının artırlmasını tələb edirlər və haqlıdırlar!".

"Həmkarlar"ın şəhər üzrə sədri  Şeron Qrem deyib ki, maaşların artırılmasını gözlədiklərini, lakin əksinə, maaşlarının kəsilməsi etiraz yaradıb. O, bu aksiyanın bütün ölkə boyu yayılacağını istisna etməyib.

Zülfiyyə MUSTAFAYEVA
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 16.04.2025

Sabah yağış yağacaq