Sabiq deputat Ağsaqqallar Şurasının sədri seçilib

img

16-04-2025 [09:36]


Sabiq deputat Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri seçilib.

Mia.az musavat.com-a istinadla xəbər verir ki, bununla bağlı keçirilən konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları və ziyalıları, eləcə də Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər.

Konfransda təşkilati məsələlər müzakirə edilib. Kəlbəcər Rayon İcra Hakimiyyətinin sabiq başçısı, keçmiş millət vəkili Aqil Məmmədov səsvermə yolu ilə Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri seçilib.

Qeyd edək ki, Aqil Məmmədov Yeni Azərbaycan Partiyasından Milli Məclisin 6-cı çağırış deputatı olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA