Ceyhun Bayramov Çin səfiri ilə görüşüb - Nələr müzakirə olunub?
15-04-2025 [17:56]
Xarici işlər naziri Ceyhun Bayramov aprelin 15-də Çin Xalq Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Lu Meyi qəbul edib.
Mia.az Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, səfir Lu Mey etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzu edib.
Görüşdə Azərbaycan-Çin strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiyalar, humanitar aspektləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.
Ötən ilin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu ilə əlamətdar olduğu, sözügedən Bəyannamədən irəli gələrək strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi istiqamətində səylərin əhəmiyyəti diqqətə çatdırılıb. Bu xüsusda, yüksək səviyyəli səfərlər və məsləhətləşmə mexanizmlərinin əhəmiyyəti vurğulanıb.
İqtisadiyyat, ticarət, investisiyalar sahələri üzrə əməkdaşlığın genişləndirilməsi üçün geniş potensialın mövcudluğu qeyd edilib.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Ötən il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan-Çin əməkdaşlığının təqdirəlayiq olduğu vurğulanıb.
Səfir qəbula görə təşəkkür edib, Azərbaycandakı fəaliyyəti müddətində strateji tərəfdaşlıq münasibətlərinin inkişafında səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
MƏKTƏB BİZİM EVİMİZDİR - Şagirdlər yazır (FOTOLAR)
İsrailli nazir: "Trampın planını həyata keçirməyin vaxtıdır"
Səmərəsiz xərclənmə və... - Su Ehtiyatları Agentliyində cciddi nöqsanlar üzə çıxarılıb
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
İsrail ordusu evi bombalayıb - 11 fələstinli həlak olub, aralarında qadın və uşaqlar da var
"İdrak" şirkətinin rəhbəri Hikmət Abdullayev 80 min manat verib, dedi ki..." - Haker Tural Əliyev məhkəməyə çıxarıldı
Diplomatik korpusun nümayəndələri Qarabağa səfər edib: "Şuşa və Xankəndiyə yollanırıq"
Bu gün Bakının üç rayonunda qaz olmayacaq
Leyla Əliyeva Uşaq Onkologiya Klinikasında olub
ABŞ prezidentindən Ukrayna ilə bağlı açıqlama: "Zelenskini qınamıram, ancaq Rusiya çox böyük gücdür..." - "Bu həftə saziş imzalanacaq"
Pentaqon rəhbəri: "Fransa müdafiə xərclərini artırmalı və..."
Zelenski: "Çin hazırda atəşkəsdən yayınan Rusiyaya silah tədarük edir" - "Atəşkəs əldə olunmayana qədər..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stefan Dujarrik: "Orada 2 milyondan çox insan dustaq edilib"
Putin - Tramp görüşü - Rəsmi Moskva hələ də vaxtı və yerin müəyyən olunmadığını deyir
BMT sözçüsü: "Sudanda humanitar yardıma əngəl var"
ABŞ prezidenti: “Çinlə çox yaxşı anlaşma əldə edəcəyik, görəcəksiniz” - "Heç kim bizimlə rəqabət apara bilməz, heç kim"
Tramp İtaliyanın Baş naziri ilə görüşdə: “Aİ ilə ticarət razılaşması olacaq, 100 faiz"
Qukasyan Bakıda məhkəmədə: "Köçəryanla 1992-ci ildən, Samvel Babayanla 1993-cü ildən, Petrosyanla..." - FOTOAR (YENİLƏNİB)
Azərbaycan və Türkiyə HDQ arasında protokol imzalanıb
SEL 3 NƏFƏRİ APARIB - Şabranda faciə (Yenilənib)
Agentlik rəhbəri 4 ölkəyə xəbərdarlıq məktubu gööndərib
Kərim Vəliyev Slovakiyada hərbi şirkətlərin fəaliyyətini izləyib
"AZƏRKOSMOS"da YEYİNTİ - Palata nələri aşkarlayıb?
DAHA BİR AGENTLİKDƏ TƏFTİŞ: nöqsanlar aşkarlandı
Elm və Təhsil Nazirliyində yoxlama: nələr ortaya çıxdı?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
ƏƏSMN-də növbəti dəyişiklik - İKİ NAZİR MÜAVİNİ TƏYİNATI OLDU (FOTO)
DSMF-də maliyyə nöqsanları üzə çıxdı - Palatanın yoxlaması ilə
DEPUTATLAR BU TARİXDƏ TOPLANIR - Hansı qanunlar dəyişəcək? - SİYAHI
Otel otaqlarında gizli kamera - Çılçıraqlara yerləşdirilən kameralara görə iş yeri sahibləri tutulub
Rasim Ozan Kütahyalı haqqnda həbs qərarı verildi
Cahangir Atakişiyev mətbuat katibi təyin olunub
"Azdrama"da rəhbərlik dəyişəcək? - Nazirlə aktyor heyəti arasındakı görüş barədə açıqlama
Orduxan Bəbirov Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı
YAĞIŞLI APRELIN GÜNƏŞLİ “ULDUZ”U
İsrail BMT məktəbini bombalayıb - 6 nəfər ölüb
Əməliyyat olunan vitse-spikerin səhhəti yaxşılaşır
Azərbaycan hakimlərinin beynəlxalq kateqoriyası yüksəlib