Rövşən Rüstəmovdan daha bir dəyişiklik - Turxan Əhmədə yüksək vəzifə verildi

img

14-04-2025 [14:05]


“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə təyinat olub.

Məlumata görə, bu vəzifəyə Turxan Əhməd təyin edilib.

Bununla bağlı müvafiq əmr imzalanıb. T.Əhməd bu gündən vəzifəsinin icrasına başlayıb. O, bundan öncə bp Azərbaycan şirkətində çalışıb.

Qeyd: 2024-cü ilin fevralında ADY-nin Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova nöqsanlara görə vəzifəsindən azad edilib(Pravda).

img

Digər xəbərlər
SON XƏBƏRLƏR