Çempionlar Liqasının 1/4 final mərhələsi:güclülər ziəflərə macal verməyib

img

10-04-2025 [09:08]


Ötən gecə Çempionlar Liqasının 1/4 final mərhələsində daha iki oyun baş tutub.

Mia.az xəbər verir ki, bundan əvvəlki oyunlardan fərqli olaraq, bu dəfə sürpriz qeydə alınmayıb.

Belə ki, PSJ doğma meydanında “Aston Villa”ya qalib gəlib - 3:1.

“Barselona” isə evində Amaniyanın “Borussiya Dortmund" komandasına gözünü açmağa macal verməyib - 4:0.

Xatırladaq ki, aprelin 9-da keçirilən "Real" səfərdə “Arsenal”la 3:0, “Bavariya” isə doğma meydanında "İnter"ə 2:1 uduzub..

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR