"Kassam Tuqayları" İsrailə 10 raket fırlatdı - 5-i havada əngəlləndi, digər 5-i isə...

img

07-04-2025 [00:36]


HƏMAS-ın silahlı qanaı olan "Kassam Tuqayları" Qəzza zolağı ətrafında yerləən İsrailin Aşdodu şəhərinə raket zərbələri endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə təşkilat açıqlama yayıb.

Bildirilib ki, raket hücumu İsrailin Qəzza zolağında son bir ayda mülki insanları bombalamasına cavab xarakteri daşıyır.

Təşkilatın bəyanatını İsrail ordusu təsdiqləyib.

Bildirilib ki, Qəzzadan sözügedən şəhərə 10 raket fırladılıb və onlardan 5-ı havada zərərsizləşdirilib, 5-i isə müxtəlif nöqtələrə düşüb.

İsrailin Kanal 12 televiziyası isə raketlərin atıldığı dəqiqələrdə Aşdod, Askalan və Təl-Əvivin cənubundakı Şifla bölgəsində həyəcan siqnallarının işə düşdüyünü açıqlayıb.

“İsrail Hayom” qəzeti isə raket zərbələrindən sonra Askalanda bir nəfərin yaralandığını yazıb: "Bölgədə dağıntılar var, xoşbəxtlikdən ölən olmayıb".

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR