Sabiq deputat binanın damında qanunsuz tikinti aparır - Komitə təsdiqlədi (FOTO, YENİLƏNİB)
01-04-2025 [18:22]
Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi 175-177 ünvanında yerləşən “Kəpəz” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının damında aparılan işlərlə bağlı aprelin 1-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi əraziyə baxış keçirib, nəticədə, razılaşdırılmamış tikinti işlərinin aparıldığı müəyyən edilib.
Mia.az xəbər verir ki, bu barədə Memarlıq və Şəhərsalma Komityəsi məlumat yayıb.
Bildirilib ki, aparılan işlər mövcud qanunvericiliyin tələblərinə zidd olduğu üçün Baş İdarə tərəfindən dayandırılıb və akt tərtib edilib: "Eyni zamanda, şəhərsalma nəzarəti çərçivəsində müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət edilib”.
Qeyd edək ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin baxışı vətəndaşların şikayəti əsasında aparılıb.
Şikayətçilərin sözlərinə görə, binanın damında əlavə mərtəbə tikmək məqsədilə söküntü işləri aparılır: “Şəhərin mərkəzində insanların həyatını təhlükəyə ataraq binaya əlavə mərtəbə artırmaq tamamilə qanunsuzdur. Çünki binaların damları yaşayış üçün nəzərdə tutulmayıb. Lakin MTK rəhbərliyi yaşayış sahəsi yaratmaq məqsədilə binanın damını tamamilə sökür. Gələcəkdə bu mənzilləri alan vətəndaşlar ciddi risklə üzləşəcəklər. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunsa da, tədbir görülmür”.
***
Sabiq deputat Mahir Aslanova məxsus MTK-nın inşa etdiyi binanın damında söküntü işləri aparılır. Söhbət Bakı şəhəri, Mirzə Fətəli Axundov küçəsi 175-177 ünvanlarında yerləşən binadan gedir. Bina “Kəpəz” MTK tərəfindən inşa edilib.
Mia.az Musavat.com-a istinadla xəbər verir ki, bu vəziyytədən sakinlər narazıdır. Sakinlər bildirir ki, binanın damında söküntü işlərinin aparılmasında məqsəd mansard tikilməsinə hazırlıqdır.
“Binaların damları yaşayış üçün nəzərdə tutulmayıb. Lakin MTK rəhbərliyi yaşayış məqsədli mənzil düzəltmək üçün binaların damlarını tamamilə sökürlər. Gələcəkdə bu evləri alan vətəndaşlar çox böyük risk almış olacaqlar. Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət ünvanlansa da tədbir görülmür”- deyə müraciətdə qeyd edilir.
Məsələ ilə bağlı MTK-dan münasibət öyrənmək mümkün olmadı.
Qeyd edək ki, sabiq deputatın biznesinə “Happy inn” otel, “Kəpəz Hospital” və “Kəpəz Group” da daxildir.
Türkiyə Kuboku: "Qalatasaray" "Fənərbağça"ya qalib gəlir (YENİLƏNİR)
Almaniya prezidenti Azərbaycandan belə yola salındı - FOTOLAR
Müğənni daha abırlı olacağını deyir: "Bundan sonra açıq geyinməyəcəyəm, toy tutmaq lazımdır"
Azərbaycan və Almaniya prezidentləri konsertdə iştirak ediblər
Yaponiyada güclü zəlzələ olub
ADU və “Qayıdış” İB-nin birgə təşkilatçılığı ilə Manya Səxavətqızı ilə görüş olub - FOTOLAR
Frank-Valter Ştaynmayer “Bakı Ağ Şəhər”də - FOTOLAR
Məşhur aktrisa boykot çağırışı etdi, serialdan qovuldu - AÇIQLAMA
Bakının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq
Prezident İlham Əliyev Çinə gedəcək - Bu tarixdə
Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın yeni tərkibdə formalaşmış üzvləri ilə ilk iclas keçirilib - FOTOLAR
Almaniya prezidenti xanımıyla birgə İçərişəhərdə - FOTOLAR
"Qarabağ Azərbaycandır, bu, rəsmi Berlinin birbaşa mövqeyidir" - Azərbaycan və Almaniya prezidentilərinin görüşündə mühüm mesajlar verildi (YENİLƏNİB)
“Azercell Könüllüləri” bayram günlərində növbəti xeyriyyə təşəbbüsünü həyata keçirdi
Aİ-dən gənclərə böyük jest - 36 min gəncə Avropaya səyahət etmək üçün pulsuz bileti veriləcək
Azərbaycanlı iş adamı Messiyə bahalı saat hədiyyə etdi - VİDEO
Sumqayıtın dənizsahili meşəliyi tədricən yoxa çıxarılır - İcra Hakimiyyəti inkar edir + VİDEO (YENİLƏNİB)
Gömrük Komitəsində kütləvi narazılıq... - Gecə saatlarına qədər işləyən əməkdaşlardan ETİRAZ
"Azərbaycan İran üçün xüsusilə əhəmiyyətlidir" - TƏHLİL
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Antalyada güclü qasırğa ev və maşınları devirdi - FOTOLAR
Əli Nağıyev: "Ölkənin təhlükəsizliyinə yönələn halların qarşısı qətiyyətlə alınacaq" - FOTOLAR
Nazirlər Kabineti daha bir qanuna dəyişiklik edib
Türkiyə kuboku: "Fənərbağça" - "Qalatasaray" oyununa 30 mindən çox polis cəlb olunub
"Real"ın baş məşqçisi vergidən yayınıb? - Ançelotti xanımı və oğlu ilə birgə ifadə verməyə gedib
İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdirini qəbul edib - FOTO
Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlayanların məhkəməsi başlayıb
Lalə Şövkətin oğlu: "Anam xəstəxananın adını belə eşitmək istəmir”
Əməkdar artist: “Qonşuların əlindən evdə məşq edə bilmirəm"
""Temu” şirkəti dələduzluqla məşğuldur" - Müğənni Nura Suri yazdı
187 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiqlənib - SİYAHI
Prezident İlham Əliyevin adından Almaniya Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO
Natəvan klubunda yazıçı Varislə görüş keçirilib - FOTOLAR
"Toplum TV" işi: Ələsgər Məmmədli, Akif Qurbanov, Ruslan İzzətli... - Onlar hakim qarşısına çıxarıldı
Mərkəzi Bankda yeni təyinat olub
Sabah yağış yağacaq
Qalib Salahzadə: “Şeyxin şəxsi təyyarəsi var, ya yoxdur, bilmirəm" - "Adamın namusu olar..."
Putin əmr verdi, Rusiya ordusu genişlənir - Xidmətə əlavə 160 min nəfər çağırılacaq
Milli Məclisin “Toyota” və “Lexsus” markalı avtomobilləri - Təmirlərinə 1 milyon manata yaxın vəsait ayrıldı
İsrail Qəzzanı yenə bombalayıb - 21 nəfər həyatını itirib
Ağdamda mina partlayıb, Nurəddin Abbasov xəsarət alıb - Üç qurum birgə məlumat yaydı
Mehriban Əliyeva Almaniyanın birinci xanımı ilə görüşüb - VİDEO