ABŞ Yəmənə yenidən hava zərbələri endirib 

img

01-04-2025 [09:46]


ABŞ Yəməndə İranın dəstəklədiyi husilərin nəzarətində olan Hudeydə əyalətinə yenidən hava zərbələri endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Husilərə bağlı Əl-Məsirə televiziyası məlumat yayıb.

Qeyd olunub ki, ABŞ döyüş təyyarələrinin Hudeydanın Kamaran adasına iki hava hücumu təşkil edib.

Telekanal dağıntı və ya insan tələfatı ilə bağlı heç bir məlumat verməyib.

Xatırladaq ki, ötən gün Husilər ABŞ-ın Sənaya həyata keçirdiyi 4 aviazərbə nəticəsində 1 nəfərin öldüyünü, 5 nəfərin yaralandığını açıqlamışdı.

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA