SƏRHƏDDƏ GƏRGİNLİK ARTIR - Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə...

img

30-03-2025 [15:22]


Martın 29-u axşam və 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində 3 dəfə kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd edib.

Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdlərinin qarşısı alınıb.

Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları  istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 01.04.2025

Bakıda qatar adam vurub