Aİ Ukraynaya yeni yardıma hazırlaşır - 3,5 milyard avroluq

img

18-03-2025 [00:06]


Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya yeni yardım paketi açıqlamağa hazırlaşır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Aİ bəyanat yayıb.

Bildirilib ki, Ukraynaya 2027-ci ilə qədər 50 milyard avro maliyyə dəstəyi vermə planı çərçivəsində üçüncü tranş açılacaq: "Bu tranşda  Ukrayna təxminən 3,5 milyard avroluq yardım göndəriləcək. Bu, Ukraynanın əsasən, makromaliyyə sabitliyinə, iqtisadi dirçəlişinə və infrastrukturunun yenidən qurulmasına dəstək məqsədi daşıyır".

Bəyanatda bir daha xatırladılıb ki, Ukraynaya 20242027-ci illər üçün 50 milyard avroluq qrant və kreditlər şəklində stabil maliyyə yardımları göstəriləcək.

Zülfiyyə Mustafayeva
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR