Niderland XİN başçısı: Bakı və İrəvan arasında sülh regional sabitlik və rifah üçün zəruridir

img

14-03-2025 [14:08]


Niderland Azərbaycan və Ermənistan arasında sülh prosesindəki irəliləyişi qətiyyətlə dəstəkləyir.

Bu barədə ölkənin xarici işlər naziri Kaspar Veldkamp bəyan edib.

Siyasətçi hər iki ölkəni sülh sazişi mətninin razılaşdırılmasının başa çatması münasibətilə təbrik edib və bunu "əhəmiyyətli və ümidverici hadisə" adlandırıb.

"Sazişin imzalanması əlçatandır. Bu, davamlı sülh, regional sabitlik və rifah üçün zəruridir. Niderland bu prosesi qətiyyətlə dəstəkləyir", - o, "X" sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, dünən Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri Bakı və İrəvan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatdığını rəsmi şəkildə bildirib./Report

 


Digər xəbərlər
SON XƏBƏRLƏR