Gürcüstan XİN: Ermənistan və Azərbaycan arasında danışıqların başa çatması sülhə doğru tarixi addımdır

img

14-03-2025 [14:05]


Ermənistan və Azərbaycan arasında danışıqların başa çatması regionda uzunmüddətli sülh və sabitliyə doğru atılmış tarixi addımdır.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının başa çatması ilə bağlı sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirilib.

“Gürcüstan Ermənistan və Azərbaycan arasında danışıqların sülh sazişinin bütün on yeddi maddəsi üzrə başa çatmasını alqışlayır. Bu, regionda uzunmüddətli sülh və sabitliyə doğru atılmış tarixi addımdır!” - deyə vurğulanıb.

Qeyd edək ki, Ermənistan və Azərbaycan XİN-ləri sülh danışıqlarının başa çatması barədə martın 13-də rəsmi açıqlama veriblər./Report

 


Digər xəbərlər
SON XƏBƏRLƏR