İranın dini lideri Trampın məktubuna rədd cavabı verdi, savaşa hazır olduqlarını dedi: "Amerikalılar və onların ünsürləri səhv edərsə..."
12-03-2025 [21:59]
İran ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-ın hazırkı administrasiyası ilə danışıqlara "yox" deyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə Tehrandakı iqamətgahında ölkənin hər yerindən gələn tələbələrlə görüşündə söz açıb.
ABŞ prezidenti Donald Trampın Tehranla danışıqlar və ona məktubla bağlı mesajına toxunan Xamneyi bildirib ki, qarşı tərəfə inanmaq mümkün deyil: "Biz danışıqlara hazırıq, sülh əldə etmək istəyirik. Lakin bütün bunlar qarşı tərəfin "İran bunu etmək istəmir” deməsi üçün bir oyundur. Bəs İran niyə danışıqlara hazır deyil? Özünüzdən soruşun! Tramp ilk dönəmində özü nüvə sazişindən ölkəsini geri çəkdir. Biz bir neçə il oturub danışıqlar apardıq, sonra eyni adam bitmiş, başa çatmış və imzalanmış sənədi masadan götürüb cırb atdı. İndi belə biri deyir ki, gəlin danışaq. Bunun nəticə verməyəcəyini bildiyimiz halda, biz yenidən nə danışacağıq? ABŞ-ın hazırkı administrasiyası ilə danışıqlar təkcə sanksiyaların götürülməsinə gətirib çıxarmayacaq, hətta sanksiyaları daha da gücləndirəcək. Eyni zamanda, baxın, hələ bizi müharibə ilə də hədələyir. Əlbəttə, müharibə təktərəfli ola bilməz. İran cavab vermək gücünə sahibdir. İstənilən hücuma mütləq cavab verəcəyik. Amerikalılar və onların ünsürləri səhv edərsə, bundan ən çox zərər çəkən onlar olacaq. Təbii ki, müharibə yaxşı bir şey deyil və biz müharibə arzulamırıq...".
Xatırladaq ki, martın 7-də Tramp “Fox Business Network”ə müsahibəsində İran lideri Xamneyiyə məktub göndərdiyini açıqlayıb. Bu gün isə həmin məktub İrana çatdırılıb.
Tahir Şəlvəli
MİA.AZ
Gələn il kommunal xidmətlər qalxacaq? - Açıqlama
Dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Səidə Bəkirqızı "Space TV" ilə yollarını ayırıb
"Xətaidə ağaclar gecə saatlarında yandırılaraq yox edilir" - Deputat sakinlərin problemlərini dinlədi və....
"Fənərbağça" prezidenti sərbəst buraxıldı - 2 saatlıq ifadə və 20 dəqiqəlik məhkəmə qərarı ilə
"Fənərbağça", "Beşiktaş" və "Antalyaspor" cəzalandırılacaq
"Yeni Malatyaspor" mövsüm bitmədən liqadan "yuvarlandı"
Oqtay Əsədovun qızı vəfat edib
Silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
PREZİDENT DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ - 5 illik
Bakıda beşmərtəbəli yataqxanada yanğın olub (Yenilənib)
Bibiheybət yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq - Açıqlama
"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)
Mərkəzi Bank: "Poblemli kreditlər artıb"
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
İsrail Livanın cənubuna bir maşıənı vurub
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?
Siyəzəndə avtomobil yanıb, iki uşaq ölüb
Mehriban Əliyevadan təyyarə qəzasıyla bağlı paylaşım - FOTO
Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır - Yeni sədrin imzasıyla
Afrika Millətlər Kuboku: hansı komandalar qalib gəlib?
Ankarada FETÖ üzvləri tutulub
İstanbulda əməliyyat: terrora hazırlaşan 115 İŞİD üzvü saxlanılıb
Prezident bir il əvvəl qəzaya uğrayan AZAL-ın təyyarəsi ilə bağlı paylaşım etdi - FOTO
Azərbaycanın valyuta ehtiyatları artıb - 84 milyard dolları ötüb
Azərbaycan nefti bahalaşdı
QARABAĞA KÖÇ DAVAM EDİR
Ağdam şəhərinə 308 nəfər köçürülüb
CHP lideri İstanbulda mitinqdə xalqı küçələrə çağırdı: "Hamınızı meydanlara, dirənməyə səsləyirəm"
ABŞ avropalı rəsmilərə viza qadağası qoyub - Avropa Parlamentinin prezidenti etiraz etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident ad günündə ailə üzvləri ilə bir arada - FOTOLAR
21 ilin kollec direktoru vəzifəsindən azad olunub
8 ildir axtarılan FETÖ üzvü qardaşının şəxsiyyət vəsiqəsiylə tutulub
"Fənərbağça" prezidenti saxlanıldı - Narkoticarət ittihamı ilə