Suriya prezidenti ABŞ-ın dəstəklədiyi YPG silahlıları ilə anlaşdı - Qruplaşma silahları yerə qoyacaq və...

img

10-03-2025 [23:34]


 

Bu gün Suriya prezidenti Əhməd əş-Şara terror təşkilatı PKK/YPG lideri, kod adı "Mazlum Kobani" olan Ferhat Abdi Şahinlə görüşüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, görüşdə ABŞ-ın birbaşa dəstəklədiyi və silahlandırdığı YPG qüvvələrinin silaları yerə qoyaraq yeni hökumətin tərkibində "əriməsi"nə qərar verilib.

Məlumata görə, qərara əsasən, ölkənin şimalını işğal edən terror təşkilatının silahı yerə qoyması  ilə yanaşı, onlara dövlət qurumlarında təmsil olunma, həmçinin Suriyanın şimal-şərqindəki mülki və hərbi qurumlar - sərhəd qapıları, hava limanları, neft quyuları və qaz yataqları daxil olmaqla dövlət idarəsinə inteqrasiya olunacaq.

Tahir ŞƏLVƏLİ
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA