Sahibə Qafarova Gürcüstana rəsmi səfər edib - FOTO

img

10-03-2025 [13:13]


Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstanda rəsmi səfərdədir.

Mia.az xəbər verir ki, bu barədə parlament məlumat yayıb.

Bildirilib ki, Tbilisinin Şota Rustaveli Beynəlxalq Aeroportunda nümayəndə heyətini Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosani, hər iki ölkənin səfirləri Zurab Pataridze, Faiq Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Sahibə Qafarovanın Gürcüstan rəhbərliyi ilə bir sıra görüşləri nəzərdə tutulub.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA