Fransada vəkillərə qadağa qoyuldu - Hicabla bağlı

img

05-03-2025 [14:47]


Fransada vəkillərə hicab qadağası rəsmiləşib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fransanın Dövlət Şurası qərarı təsdiqləyib.

Məlumata görə, bu barədə Fransa Milli Vəkillər Kollegiyası 2023-cü ilin sentyabrında vəkillər üçün müxtəlif simvolları, o cümlədən hicabı qadağan edib: "Qərara görə, vəkillər xalatdan başqa hər hansı fərqləndirici geyim geyinməməli və ya simvol taxmamalıdır. Fransa Hüquqşünaslar Birliyi isə bu qadağanın vəkillərin müstəqilliyini pozduğunu iddia edərək, Dövlət Şurasına müraciət etsə də, nəticə dəyişməyib".

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR