Xocavənddə hərbi sursat partlayıb - Yaralanan var

img

05-03-2025 [14:20]


Xocavənddə hərbi sursat partlayıb, xəsarət alan var.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, martın 5-də Xocavənd rayonunun Sos kəndi ərazisində hərbi sursat partlayıb. Nəticədə Füzuli rayonunun Aybasanlı kənd sakini, 2002-ci il təvəllüdlü Əli Ələhbər oğlu Sadıqov əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sol əlindən xəsarət alıb.

Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!", - məlumatda qeyd olunub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA