Meyxanaçı Ağamirzə də Yazıçılar Birliyinə üzv olmaq istəyir: "Birliyin adının dəyişdirilməsini  isə..."

img

05-03-2025 [12:58]


Meyxanaçı Ağamirzə (Məmmədov) də Azərabaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq niyyətindədir.

Mia.az-ın məlumatına görə, pravda.az-a açıqlama verən meyxanaçı deyib ki, Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq fəxrdir: “AYB-yə üzvlük üçün müraciət etməmişəm. Birliyin adının dəyişdirilməsi məsələsini isə ağsaqqallar daha yaxşı bilərlər, necə məsləhətdirsə, elə olar”.

Xatırladaq ki, meyxanaçı Rüfət Nasosnu Pravda.az-a açıqlamasında AYB-nin adının dəyişdirilməsini təklif etmişdi: “Təklif edirəm ki, Azərbaycan Yazıçılar Birliyinin adını Azərbaycanda Yazıçılar və Şairlər Birliyi qoysunlar. Çünki AYB-yə yazıçılarla yanaşı şairlər də, qəzəlxanlar da üzvdür”.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR