"Veysəloğlu"nun "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya tədbirində şirkətin uğurları və yeni istiqamətlər müzakirə olundu - FOTOLAR
03-03-2025 [15:37]
Fevral ayının 28-də Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) Bakıdakı "Gülüstan" Sarayında özünün ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya yönümlü növbəti tədbirini keçirib.
Mia.az-ın məlumatına görə, tədbirə Şirkətlər Qrupunda rəhbər vəzifələrdə çalışan 450-dən artıq əməkdaş iştirak edib. Digər əməkdaşlara isə tədbiri xüsusi proqram vasitəsilə kənardan izləmək imkanı yaradılıb. Tədbirə tanınmış ssenarist və aktyor Azər Aydəmir və "Veysəloğlu"nun əməkdaşı Aysel Fərziyeva aparıcılıq ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni və Veysəloğlu Şirkətlər Qrupunun himninin səslənməsindən sonra, tədbir iştirakçıları "Qalib ölkənin uğurları – 2024" və "VŞQ-də uğurun izləri – 2024" adlı videoçarxları, eləcə də VŞQ-nin 30 illik yubileyə həsr olunmuş imic videosunu izləyiblər. Tədbir Veysəloğlu Qrupa daxil olan şirkətlərin rəhbərləri: Bəxtiyar Allahverdi, Natəvan İbrahimova, Rəşad İbrahimov və Məmmədqulu Süleymanlının iştirakı ilə keçirilən "2024 Uğurlarımız: Çıxardığımız Nəticələr və Gələcəyə Baxış" adlı panel müzakirələri ilə davam edib.
Baş tutan maraqlı müzakirədə şirkət rəhbərləri məsul olduqları sahələrdə il ərzində qazanılan uğurlardan və gələcək perspektivlərdən ətraflı bəhs ediblər, onlara ünvanlanan sualları cavablandırıblar. Fasilə zamanı tədbir iştirakçıları zalın müxtəlif yerlərində quraşdırılan Şirkətlər Qrupuna aid "Brandwall"ların önündə çəkdirdikləri fotolarla #GücümüzBirliyimizdədir2025 adlı həştəq ilə maraqlı paylaşımlar ediblər. Tədbir Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Şəhriyar İmanovun gözəl ifalarının sədaları altında şam yeməyi və Şirkətin dəyərləri ilə bağlı keçirilən intellektual oyunla davam edib.
Motivasiya tədbirinin ikinci hissəsi təsis olunan "Vəfa Zirvəsi" adlı nişanın əməkdaşlara təqdimatı ilə başlayıb. Əvvəlcə, ömürlərinin 10 və 15 ilini "Veysəloğlu"da keçirən əməkdaşlara bürünc və gümüşdən hazırlanmış, Şirkətlər Qrupunun loqosunu özündə əks etdirən nişanlar və diplomlar VŞQ-nin təsisçisi və Baş direktoru Aydın Talıbov tərəfindən şəxsən təqdim edilib və onların hər biri ilə xatirə fotosu çəkdirilib. Eyni zamanda VŞQ və əməkdaşın prototipinin ilk təqdimatı da məhz bu tədbirdə baş tutub. Sonra söz Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş direktoru Aydın Talıbova verilib. Şirkət rəhbəri çıxışında "Veysəloğlu"nun keçdiyi çətin və şərəfli inkişaf yolundan bəhs edib.
Xüsusilə də, "Vəfa Zirvəsi" nişanının təsis edilməsi və onu əməkdaşlara şəxsən təqdim olunmasından zövq aldığını bildirib. Təsisçinin çıxışı yekunlaşandan sonra, o, əməkdaşların ünvanladığı sualları cavablandırıb. Aydın Talıbovun çıxışından sonra proqramda "İlin Nominasiyaları"nın mükafatlandırılması həyata keçirilib. Layihələr barədə VŞQ Baş İcraçı Direktorunun müşaviri, Qiymətləndirmə Komissiyasının sədri İlqar Nuri ətraflı məlumat verib. O, qeyd edib ki, Komissiyaya Şirkətlər Qrupunun əməkdaşları tərəfindən ümumilikdə 85 layihə təqdim edilib, onlardan yalnız 8-i favorit hesab olunub.
Komissiya sədri həmçinin bildirdi ki, onlara bu seçimi etmək çox çətin olub, çünki təqdim olunan layihələrin böyük əksəriyyəti məzmunu və faydalılığı ilə seçilib. "Təsisçidən Özləl Nominasiya" üzrə Şirkətdə çalışan qazi və veteranlara qayğı göstərən "Sizə Minnətdarıq" adlı layihə qalibi mükafatlandırıldı. Bu mükafatı layihə rəhbəri Eldəniz Seyidova Şirkətin təsisçisi Aydın Talıbovun həyat yoldaşı Afət Talıbova təqdim etdi. "İlin Ən Mənfəətli Şirkəti" nominasiyası üzrə qalib Aydın Talıbov tərəfindən "Veysəloğlu Distribusiya" elan olundu.
Sonra ömürlərinin 20 və 25 ildən artıq dönəmini "Veysəloğlu"ya həsr edən əməkdaşlara qızıl və platindən hazırlanmış "Vəfa Zirvəsi" nişanının növbəti təqdimatı keçirilib. Bu nişanlar da əməkdaşlara şəxsən Aydın Talıbov tərəfindən təqdim edilib. Bununla da tədbirdə iştirak edən 189 rəhbər şəxs "Vəfa Zirvəsi" nişanı ilə təltif edildi. Nişanla təltif olunmağı gözləyən 1000-dən artıq əməkdaşa isə bu təltifin mərhələli şəkildə veriləcəyi gözlənilir. "İlin Nominasiyaları"nın mükafatlandırılmasının davamı olaraq "İlin Şirkəti" də elan olunub.
Bu barədə ətraflı məlumat verən VŞQ-nin Maliyyə Direktoru Könül Kərimova çıxışında qeyd edib ki, sözügedən nominasiya üzrə qalibin seçilməsi biznes subyektlərinin göstəricilərinə uyğun rəqəmlərin ətraflı təhlilindən sonra baş tutub. Hamının maraqla gözlədiyi bu məlumatı tədbir iştirakçılarına şəxsən Aydın Talıbov açıqladı. Məlum oldu ki, builki "İlin Şirkəti" nominasiyasının qalibi "Oba" marketlər şəbəkəsi olub. Əməkdaşlar üçün böyük motivasiya ruhu verən bu tədbir xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşdı.
HƏMAS ABŞ vətəndaşlığı olan girovun azad edilməsinə hazırdır
Bako Sahakyan: Qondarma rejimin “ordusu” Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsi idi
Magistraturaya qəbulun I cəhdinin yekun nəticələri elan olunub, bir nəfər ən yüksək nəticə göstərib
Mixeil Saakaşvili ilə bağlı elan olunacaq hökmün tarixi məlum olub
Mirzoyan: Ermənistan-Türkiyə normallaşma prosesi davam edir
Bolqarıstanın sabiq prezidenti: “Azərbaycanla faydalı olan yeni layihələr planlaşdırırıq”
Belçika XİN başçısı: Bakı və İrəvan arasında sülh danışıqlarında irəliləyiş ümidvericidir
Tərtərdə ata oğlunu öldürməkdə şübhəli bilinir
Niderland XİN başçısı: Bakı və İrəvan arasında sülh regional sabitlik və rifah üçün zəruridir
Gürcüstan XİN: Ermənistan və Azərbaycan arasında danışıqların başa çatması sülhə doğru tarixi addımdır
Putin ötən gün Trampın xüsusi nümayəndəsini qəbul edib
Bakıda əməliyyat: 3 nəfər saxlanılıb
Əfv Məsələləri Komissiyasının iclaslarının vaxtı uzadılıb - AÇIQLAMA
Azercell “Azərbaycan Biznes Keys Müsabiqəsi 2025”ə dəstək verir
Sabahın hava proqnozu açıqlandı
"Hələ ağır ittihamlar da var, sadəcə olaraq, utanıram" - Şair AYP-ə belə mesaj verdi, Rəşad Məcid isə üzr gözləyir
Ballıca kəndinə daha 98 nəfər köçürülüb
Əli Əsədov Milli Məclisdə hesabat verir - (Yenilənir)
İmişlidə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
Bakıda "Boranı" restoranında baş verən yanğın söndürülüb (Yenilənib)
Bakının iki rayonunda Novruz bayramı tədbirləri başlayıb
Azərbaycan neftinin qiyməti enib
Rəsmi Tehrandan ABŞ-ın yeni sanksiyalarına etiraz: "Bu, beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir"
"Fənərbağça" Avropa Liqası ilə vidalaşdı - Penaltilərlə
Xarici İşlər Nazirliyi bəyanat yayıb
İsrail daha 3 fələstinlinin cəsədini verməyib - Morqlarda indiyədək 676 meyit "girov" saxlanılır
Ağstafada dönərdən kütləvi zəhərlənmə - SİYAHI (YENİLƏNİB)
Kanada ABŞ-dan şikayət edib - ÜTT-yə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan Putinin "ikibaşlı açıqlaması"na reaksiya: "Ondan "hə" gözləyirdim, tezliklə görüşmək lazımdır"
Zelenski Ərdoğanın Kiyevə səfərə hazırlaşdığını dedi: "Azad Ticarət Sazişini ratifikasiya etməyə hazırıq"
Ermənilər Bakıda məhkəmə zalında: "Əldə olunan gəlir Ermənistanın “kredit” adı ilə..."
Bakıda XII Qlobal Bakı Forumu: İLHAM ƏLİYEV MÜHÜM MESAJLAR VERDİ - ÇIXIŞ + FOTOLAR (YENİLƏNİB)
Osimhen müsahibə verdi: ""Qalatasaray"da çempion olacağıq"
PUTİN TRAMPA TƏŞƏKKÜR ETDİ: "Kurskdakı Ukrayna əsgərlərinin iki seçimi var, ya təslim olacaqlar, ya da..."
4 vəkilə xəbərdarlıq edilib, 2 vəkilə isə töhmət verilib
Hakan Fidan, Yaşar Gülər və MİT başqanı Suriyada - FOTO