Ağdaşda qadın əməliyyatdan sonra ölüb

img

20-02-2025 [11:33]


Ağdaşda əməliyyatdan iki gün sonra vəfat edən qadının ölüm səbəbi açıqlanıb.

TƏBİB-dən Mia.az-a bildirilib ki, fevralın 17-də 1982-ci il təvəllüdlü qadın Ağdaş Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Ona öd daşı xəstəliyi diaqnozu təyin edilib və xolesistektomiya əməliyyatı icra edilib.

Keçirilən əməliyyatdan sonra pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilib.

Fevralın 19-da isə pasiyentin vəziyyəti anidən pisləşdiyi üçün Reanimasiya şöbəsinə yerləşdirilib.

Aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı cəhdlərinə baxmayaraq, həmin gün saat 09:45-də şəxsin ölüm faktı qeydə alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 21.02.2025

Sabah qar yağacaq

11:11 21.02.2025

Ankarada zəlzələ oldu