ALİ MƏKTƏBLƏRƏ QƏBUL İMTAHANI: qeydiyyat başlayıb

img

20-02-2025 [09:02]


Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat başlayıb.
 
Dövlət İmtahan Mərkəzindən Mia.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun I mərhələsi 20 fevral-5 mart 2025-ci il tarixləri arasında aparılacaq.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərin qeydiyyatı da 20 fevral-5 mart 2025-ci il tarixləri arasında həyata keçiriləcək.
 
Qeyd edək ki, ali məktəbələqə qəbulun I mərhələsi hesab olunan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 2-9 mart 2025-ci il tarixlərində keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA