Fərid Qayıbov MOK-un vitse-prezidenti postundan uzaqlaşdırıldı - Nazir vəzifəsindən də azad ediləcək?

img

18-02-2025 [14:28]


Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti postunu itirib. Bununla bağlı MOK-un İcraiyyə Komitəsinin bu gün yeni tərkibdə keçirilən ilk iclasında qərar verilib.

F.Qayıbovu vitse-pezident postunda güləş üzrə olimpiya çempionu Fərid Mansurov əvəzləyib.

Qurumun digər vitse-prezidentləri vəzifəsini əvvəlki kimi, Çingiz Hüseynzadə və Zemfira Meftahəddinova icra edəcək. Baş katib postuna isə yenidən Azər Əliyev seçilib.

Qeyd edək ki, bu gün MOK-un Baş Məclisinin IX hesabat-seçki konfransında dövlət başçısı İlham Əliyev növbəti 4 il müddətinə prezident postuna seçilib(Offsideplus.az)

Mia.az xəbər verir ki, Fərid Qayıbovun nazir vəzifəsindən azad olunacağı haqda iddialar da var.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA