"Neftçi" - "Qarabağ" derbisi: mübahisəli penalti və... - VİDEOLAR (Yenilənib)

img

16-02-2025 [20:56]


Hazırda "Neftçi" Arenada Misli Premyer liqasının 23-cü turu çərçivəsində növbəti oyun keçirilir. Paytaxt derbisində "Neftçi" Futbol Klubu (FK) "Qarabağ"FK-nı  qəbul edir. 

Mia.az-ın məlumatına görə, "Neftçi" Arenada anoloji qarşılaşmalarda olduğu kimi bu dəfə də tribunalar dolub, azarkeşlər böyük coşqu göstərir.

Rəsmi məlumata görə, 11 min tutumu olan stadionda hazırda 9355  azarkeş oyunu izləyir.

Premyer liqanın turnir cədvəlində o qədər də yaxşı yerdə olmayan "Neftçi" üçün bu oyun çox əhəmiyyətlidi. "Qarabağ" isə komandadakı son yenilənmələr ilə özünü çox inamlı hiss edir. 

Buna baxmayaraq birinci hissə meydan sahiblərinin dinamik oyunu ilə keçir. "Neftçi" ilk dəqiqələrdən qonaqları sıxışdırır. 27-ci dəqiqədə "Qarabağ"ın əlinə hesabı açmaq üçün fürsət düşsə də, Yassin Benzia bunu qola çevirə bilmədi. Stadionda həmçinin cərimə zərbəsi ilə bağlı mübahisə yarandı.

Digər tərəfdən oyunun 7-ci dəqiqəsində "Qarabağ"ən mərkəz müdafiəçisi Kevin Medinanın qırmızı vərəqə alaraq meydanı tərk etməsi komandada və azarkeşlər arasında gərginlik yaradıb. "Qarabağ"ın 10 nəfərlə oyunu hazırda meydan sahiblərinin açıq psixoloji üstünlüyü ilə müşahidə olunur.

84-cü dəqiqədə "Neftçi"nin qapısının qarşısında "Qarabağ"ın 9 nömrəli oyunçusu Kadi Borgesə qarşı kobudluq meydan sahiblərinin qapısına penalti təyin olunması ilə nəticələndi. Cərimə zərbəsini Marko Yankoviç həyata keçirdi. Beləliklə, oyunun 88-ci dəqiqəsində "Qarabağ" penalti ilə hesabı açdı: 0-1.

Penaltidən sonra oyunçular arasında mübahisə baş verib.

Oyun bu hesbala başa çatıb.

Zülfiyyə MUSTAFAYEVA

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR