Keçmiş partiya sədrinin bacısı evində ölü tapıldı 

img

30-01-2025 [00:55]


Mardin Böyükşəhər Bələdiyyə sədri Əhməd Türkün nəvəsinin silahlı hücumla öldürməsindən 3 gün sonra HDP-nin keçmiş həmsədri Figen Yüksekdağın bacısının qətli xəbəri yayılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 3 gündür xəbər alınmayan Yüksekdağın bacısı Saniye Yüksekdağ Adanada evində ölü tapılıb.

Bildirilib ki, 8 ildir Kocaeli Kandıra Həbsxanasında cəza çəkən Figen Yüksekdağın bacısı Saniye Yüksekdağın cəsədi Adana məhkəmə ekspertiza qurumuna göndərilib.

Onun hansı şəraitdə öldürülməsi bəlli deyil. 

Yeri gəlmişkən, Mardin Böyükşəhər Bələdiyyə sədri Əhməd Türkün nəvəsi, 29 yaşlı Hüseyn Reber Türk Mersində əyləncə məkanında öldrülüb.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:05 30.01.2025

AQTA məlumat yayıb