ARDNF investisiya portfelində qızılın payını artırmasının səbəbini açıqlayıb

img

24-01-2025 [14:00]


Azərbaycan Dövlət Neft Fondu (ARDNF) inflyasiyadan qorunmaq üçün effektiv vasitə olaraq, xüsusən iqtisadi qeyri-müəyyənlik və artan geosiyasi risklər dövründə rezervlərin dəyərini qorumaq məqsədilə investisiya portfelində qızılın payını artırıb.

Mia.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Fondun icraçı direktoru İsrafil Məmmədov bildirib.

"Ötən il Fond öz portfelində sığorta rolunu oynayan qızılın çəkisini artırıb və bununla bağlı ilin ilk 9 ayında 25 tondan çox qızıl alınıb", - deyə o qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR