Qəzzada dağıntılar altından 120 cəsəd çıxarılıb - Son 24 saatda

img

23-01-2025 [17:13]


Atəşkəsdən sonra Qəzzada cəsəd axtarışı davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 120-si dağıntılar altından olmaqla, ümumilikdə 122 fələstinlinin cəsədi tapılıb: "Bununla da 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında ölən fələstinlilərin sayı 47283-ə, yaralıların sayı isə 111472-yə yüksəlib".

Tahir Şəlvəli
Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA