Əli Əsədov Samir Şərifovu Şura sədri təyin etdi

img

23-01-2025 [14:52]


Nazirlər Kabineti 13 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının yaradılması, Koordinasiya Şurasının iş Qaydası”nda dəyişiklik edib.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, Şuraya sədrlik edən deputat Əli Əhmədovu Baş nazirin müavini Samir Şərifov əvəz edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR