Sinan Oğandan Zəfər Partiyasının sədrinin həbsinə reaksiya: "Qəbuledilməz və..."

img

21-01-2025 [11:48]


Zəfər Partiyasının sədri Ümit Özdağ prezidenti təhqir etmək, ictimaiyyət arasında nifrət və düşmənçilik yaratmaq ittihamları ilə həbsinə onun keçmiş mütəffiqi, son prezident seçkilərində ATA Alyansının prezidentliyə namizədi olmuş Sinan Oğan da etiraz edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sinan Oğan partiya sədrinin Ankarada tutularaq İstanbula gətirilməsini qəbuledilməz sayıb.

“Zəfər Partiyasının sədri Ümit Özdağ Zəfər Partiyasının toplantısında prezident Ərdoğanı təhqir etdiyi səbəbilə İstanbul Prokurorluğu tərəfindən başladılan istintaqla əlaqədar Ankarada tutularaq İstanbula aparılması qəbuledilməzdir", - deyən Sinan bildirib ki, siyasi partiya sədrinin çıxışının təhqiramiz olduğu əsası ilə saxlanılması ölkə və demokratiya adına xoş hal deyil: "Bu ölkəmizin demokratiyasına və imicinə heç bir töhfə verə bilməz. Bu, qəbuledilməzdir. Belə həbslərdənsə, sürətli və şəffaf məhkəmə proseslərinin keçirilməsi təmin olunmalıdır. Belə həssas dönəmdə sosial gərginliyi artıracaq bu cür həbsləri qəbul etməyimiz mümkün deyil. Bunu demokratiyamız üçün son dərəcə zərərli hesab edirik. Zəfər Partiyasının sədri Ümit Özdağa keçmiş olsun deyirəm".

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR