Bakıda Fransa ilə bağlı daha bir tədbir keçirilir
GÜNDƏM
21.01.2025, 09:28
Bakıda Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr edilmiş "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfrans keçirilir.
Mia.az xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirdə müstəqillik uğrunda mübarizə aparan Reyunyon xalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak edirlər.
Konfransda Reyunyon xalqının öz müqəddəratını təyinetmə hüququnun tanınmasının aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər və bu xüsusda beynəlxalq hüquqi mexanizmlər müzakirə olunacaq.
Qeyd edək ki, Reyunyon adası 1500-cü illərin əvvəllərində portuqaliyalı səyyahlar tərəfindən kəşf edilib. Ada 1642-ci ildə XIV Lüdovikin dövründə fransızlar tərəfindən ələ keçirilib və Burbon adası adlandırılıb. Üç il sonra isə ilk daimi koloniya qurulub.
Reyunyon adasında müstəmləkəçilik irsi iqtisadi, siyasi və sosial sahələrdə öz təsirini davamlı şəkildə hiss etdirir. Fransanın adadakı dominant mövqeyi və güclü təsir mexanizmləri yerli xalqın siyasi və iqtisadi müstəqilliyə nail olmaq uğrunda göstərdiyi səylərə ciddi maneələr yaradır.
İqtisadi sahədə bu təsir adanın xarici ticarət və investisiyalar baxımından Fransadan yüksək dərəcədə asılı olması, yerli istehsalın zəifləməsi və işsizlik səviyyəsinin artması kimi məsələlərdə özünü göstərir. Siyasi sahədə isə Fransa tərəfindən tətbiq olunan idarəetmə modelləri və institusional mexanizmlər Reyunyon xalqının öz müqəddəratını təyinetmə hüququnu məhdudlaşdırmaqla yanaşı, onların qərarvermə prosesində iştirakını da minimuma endirir.
Bu tədbir Reyunyon xalqının öz gələcəyini müstəqil şəkildə müəyyən etməsi üçün beynəlxalq dəstəyin vacibliyinə dair çağırış platforması rolunu oynayacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İsrail hökuməti qondarma “erməni soyqırımı”nı rəsmən tanımağa hazırlaşır
Bugün, 17:09 SİYASƏT
-
Milli Məclisin deputatları Ukraynaya səfər edəcəklər
Bugün, 17:00 SİYASƏT
-
Hakimliyə namizədlər üçün test imtahanı keçirilib
Bugün, 15:16 GÜNDƏM
-
Qabiliyyət imtahanı keçiriləcək - Tarix açıqlandı
Bugün, 15:12 GÜNDƏM
-
Zakir Fərəcov Almaniyada - FOTO
Bugün, 14:44 CƏMİYYƏT
-
DÇ-2026: 1/16 finala yüksələn komandalar bəlli oldu - Növbəti mərhələnin qarşılaşmaları...
Bugün, 09:04 İDMAN
-
Daha bir azərbaycanlı Ukraynada həlak oldu
Bugün, 00:15 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:05 CƏMİYYƏT
-
Bakıda UFC turniri: Rafael Fiziyev əsas döyüşüə qələbə qazanıb
Bugün, 00:04 İDMAN
-
Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
27.06.2026, 18:57 SİYASƏT
-
Bakıda Muay-Tay üzrə XVI Azərbaycan çempionatı keçirilib - VİDEO, FOTO
27.06.2026, 18:37 İDMAN
-
Novxanıda acınacaqlı vəziyyət: yollar kanalizasiyaya sularına qərq olub - Dövlət qurumları niyə hərəkətə keçmir? + VİDEO, FOTOLAR
27.06.2026, 17:38 CƏMİYYƏT
-
"Qafqaz Qartalı - 2026": üç ölkə hərbçiləri birgə təlimdə olub
27.06.2026, 16:26 GÜNDƏM
-
Əfqanıstanda şiddətli yağışlar 5 nəfərin həyatına son qoyub
27.06.2026, 16:15 DÜNYA
-
Ukraynanın MiQ-29 qırıcısı vurulub
27.06.2026, 15:32 DÜNYA
-
Bakı–Naxçıvan aviareysləri ləğv edilib
27.06.2026, 14:27 CƏMİYYƏT
-
Sabah yağış yağacaq
27.06.2026, 12:25 CƏMİYYƏT
-
Kadir İnanırın ölümü Türkan Şoraya çox pis təsir edib
27.06.2026, 12:15 MƏDƏNİYYƏT
-
Leyla Əliyeva və Arzu Əliyeva Bulvarda gül əkilməsi aksiyasında - FOTOLAR
27.06.2026, 11:18 GÜNDƏM
-
Azərbaycan nefti 3 dollar ucuzlaşıb
27.06.2026, 10:23 İQTİSADİYYAT
-
Ukrayna ordusu Rusiyanın nəhəng raket zavoduna hücum edib
27.06.2026, 09:46 GÜNDƏM
-
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib - Hava ilə bağlı
27.06.2026, 09:25 CƏMİYYƏT
-
DÇ-2026: Belçika və Misir növbəti mərhələdə!
27.06.2026, 09:08 İDMAN
-
DÇ-2026: Turnirin sürpriz yığması tarix yazdı - İspaniya da növbəti mərhələyə vəsiqə qazandı
27.06.2026, 09:01 İDMAN
-
ABŞ ordusu İrana zərbə endirdi, Tehran cavab verdi - Bölgədə gərginlik yenidən böyüyür
27.06.2026, 08:52 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
27.06.2026, 00:07 CƏMİYYƏT
-
“Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” - VİDEO
27.06.2026, 00:00 GÜNDƏM
-
“Çağırır torpağım, çağırır anam...”
26.06.2026, 23:51 MƏDƏNİYYƏT
-
Mədəniyyət kanalının rəhbəri dəyişib? - AÇIQLAMA (YENİLƏNİB)
26.06.2026, 22:32 PRESS
-
Zakir Həsənov generallara rütbələrini təqdim etdi - FOTOLAR
26.06.2026, 18:15 CƏMİYYƏT
-
Xalq şairi Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib
26.06.2026, 16:14 MƏDƏNİYYƏT
-
Hindistanlı cütlük Şahdağda 3 gün 3 gecə toy edir - VİDEO
26.06.2026, 16:12 ŞOU-BİZNES
-
Bakı Dövlət Universitetinə prorektor təyin olunub - FOTO
26.06.2026, 15:19 CƏMİYYƏT
-
Ceyhun Sultanov yeni vəzifəyə təyin edildi
26.06.2026, 15:13 İDMAN