“Al Market”  Beynəlxalq Bankı məhkəməyə verdi - Qalmaqal

img

17-01-2025 [11:15]


“Azərbaycan Beynəlxalq Bankı” böyük marketlər şəbəkəsi tərəfindən məhkəməyə verilib.

Mia.az Tribunainfo.az-a istinadla xəbər verir ki, ABB ilə bağlı iddianı “Al Market” MMC qaldırıb. İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisədir. “Al Market” “Azərbaycan Beynəlxalq Bankı”ndan ona vurduğu maddi ziyanın ödənilməsini tələb edir.

İş Bakı Apellyasiya Məhkəməsindədir. 12 fevral tarixində hakim Təranə Mahmudovanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, məhkəməyə verilən “Azərbaycan Beynəlxalq Bankı”n İdarə Heyətinin sədri Abbas İbrahimovdur.

Tərəfləri dinləməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA