Rusiya döyüş təyyarələri Polşa ərazisinə girdi - NATO dərhal iki F-35- havaya qaldırdı

img

16-01-2025 [23:10]


Rusiya döyüş təyyarələri Polşa ərazisinə girib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, çoxlu sayda Rusiya təyyarəsinin Polşa hava məkanına daxil olmasından sonra NATO iki Norveç F-35 qırıcısının havaya qaldırıb.

NATO Müttəfiq Hava Komandanlığından (AIRCOM) bildirib ki, hadisə yanvarın 15-də baş verib və həmin günü çoxlu sayda Rusiya döyüş təyyarəsi Polşa hava məkanına daxil olub: "Buna cavab olaraq Norveç təyyarələri ilk dəfə Polşa hava məkanını aktiv şəkildə müdafiə etmək üçün havaya qalxaraq müttəfiqlərin NATO-nun şərq cinahına bağlılığını nümayiş etdirib".

Xəbərdə deyilir ki, bundan sonra Rusiya təyyarələri geri çəkilməyə məcbur olub.
 
Zülfiyyə Mustafayeva
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA