Müdafiə Nazirliyində 42 milyonluq mənimsəmə - Şahidlər ifadə verir
16-01-2025 [09:32]
Müdafiə Nazirliyinin 42 milyon 234 min manatlıq mənimsəmədə ittiham olunan sabiq zabiti Zahid Niftəliyevin (Şlyapa Zahid) məhkəmə prosesi keçirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid qismində dindirilən Solmaz Əliyeva deyib ki, Zahid Niftəliyevi tanımır:
"2004-cü ildən Ata Bankda çalışmışam. Mənim işim müştərinin sənədlərini imzalayıb kassaya yönləndirməkdən ibarət olub. Zahid Niftəliyevi bankda 2-3 dəfə görmüşəm. Bir dəfə çeklə yaxınlaşdı, imzaladım. Müştəri hər dəfə pul çəkəndə mənə yaxınlaşırdı."
Zahid Niftəliyev şahid Solmaz Əliyevanı tanımadığını bildirib. Onun sözlərinə görə, bankda cəmi bir dəfə olub və bir neçə sənədə imza atıb.
Solmaz Əliyevanın məhkəməyə verdiyi ifadə ilə ibtidai istintaqa verdiyi ifadəsində ziddiyyət olduğu üçün onun istintaqdakı ifadəsi prosesdə elan olunub.
O, həmin ifadəsində Zahid Niftəliyevə məxsus "Şahin-Co" şirkətinə milyonlarla vəsait kredit ayrıldığını deyib.
Hakim Novruz Kərimov vurğulayıb ki, məhkəmədə sübutlar əsasında bankın milyonlarla vəsaiti Zahid Niftəliyevin şirkətinə deyil, digər şirkətlərə ayırdığı məlum olub.
Həmçinin şahid ibtidai istintaqa verdiyi ifadəsində Zahid Niftəliyevin banka ayrı-ayrılıqda 683 min və 625 min dollar vəsait ödədiyini bildirib.
Zahid Niftəliyev isə məhkəmədə deyib ki, o banka hər hansı bir vəsait ödəməyib.
Daha sonra prosesdə şahid qismində "Atabank ASC"nin Bank Olmayan Kredit Təşkilatının əməkdaşı olmuş Rüfət Daşdəmirov ifadə verib. O, bildirib ki, "Şahin-Co" şirkətindən kredit ayrılması ilə bağlı banka sifariş daxil olub. Şahidin sözlərinə görə, Zahid Niftəliyev şirkətin dövriyyə vəsaitinin artırılması əsası ilə banka kredit ayrılması üçün müraciət edib.
Hakim deyib ki, şirkətin aylıq dövriyyəsi 10 manat olub: "Bank dövriyyəsi 10 manat olan şirkətə milyonlarla vəsait ayıra bilərmi?"
Şahid vurğulayıb ki, kreditin ayrılması üçün şirkətin aylıq dövriyyəsinin miqdarı vacib deyil. Onun sözlərinə görə, müştəri biznes qurmaq üçün də banka müraciət edə bilirmiş.
Rüfət Daşdəmirovun sözlərinə görə, Zahid Niftəliyevə məxsus "Şahin-Co" şirkətinə 20 milyon dollar kredit ayrılıb:
"Kreditin niyə ayrıldığını bilmirəm. Müştəri bizə müraciət etdikdən sonra yoxlamaya çağırmışdıq. Kredit də yoxlamadan sonra müəyyən olunan meyarlar əsasında ayrılmışdı. Müştərinin ödəmə qabiliyyətinin olub-olmadığını bankın filialı analiz etmişdi. Şirkət kredit ayrılması üçün banka hər hansı bir girov qoymayıb".
Dövlət ittihamçısı şahidə onların girov qoymayan şirkətə milyonlarla vəsaitin necə ayrılması ilə bağlı sual verib.
Rüfət Daşdəmirov cavabında bildirib ki, bu barədə qərarı kredit komitəsinin iclasında bankın idarə heyətinin sədri verib.
Daha sonra onun ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğu üçün ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.
O, sözügedən ifadəsində bildirib ki, "Şahin-Co" şirkətinə kreditin ayrılması qanunvericiliyə uyğun olmayıb:
"Şirkət kredit üçün müraciət etdiyi gün təsis edilmişdi. Həmçinin heç bir girovu yox idi. Qərar qəbul etdik ki, kredit verilməsin. Sonra bankın idarə heyətinin sədri Dəyanət Quliyev dedi ki, məsələni kredit komitəsində müzakirə çıxaraq, qalanı onlarlıqdır. Biz "Şahin-Co" şirkətinə kredit verilməsi ilə bağlı hər hansı bir sənədə imza atmamışıq. Kreditlə bağlı məruzəni kredit komitəsində Atabankın filialı edib".
Məhkəmənin növbəti iclası fevralın 5-nə təyin olunub.
Qeyd edək ki, Z.Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib. Daha sonra o, azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən yenidən həbs edilib.
Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edərək Z.Niftəliyevi vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilib və o, 8 il 6 ay azadlıqdan məhrum edib.
Bundan başqa Zahid Niftəliyev "Atabank ASC"-dən götürdüyü 42 milyon manat kredit vəsaitinin və dövlət rüsumunun ödənilməsi ilə bağlı çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qərəzli icra etməyib.
Qeyd edək ki, Z.Niftəliyev Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib
BAEA rəbəri Moskvaya getdi, həmkarı ilə görüşdü - "İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görmədik"
Əli Əsədov Milli Məclisdə hesabat verdi (YENİLƏNİB)
ABŞ lideri İranı hədələdi: "Gələn həftə daha sərt vuracağıq"
BMT-nin Baş katibi Beyrutda: "Livan xalqı müharibəyə sürüklənir"
ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb - 4 nəfər ölüb
Süni intellektlə qadınları şantajda şübhəli bilinən şəxs həbs olunub
TFF "Qalatasaray"ın futbolçusunu cəzalandırdı - 2 oyunluq
"İRANIN TƏSLİM OLMASINI ELAN EDƏCƏK LİDER QALMAYIB" - Tramp G7 ölklərinin liderlərinə belə deyib
Siyəzəndə 17 yaşlı qız dəm qazından boğulub
Adnan Əhmədzadə ilə bağlı daha bir qərar verildi
Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır
Xəzər TV-nin rəhbərinin səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar
"ABŞ İranın Hörmüz boğazını bağlamaq qərarındakı qətiyyətini belə gözləmirdi" - "Tehran bu qəraı ilə Amerika və bölgə ölkələrini çaşdırıb"
Türkiyə gəmilərindən biri Hörmüz boğazından buraxıldı: "İrandan icazə aldıq və..." - "Zəngəzur dəhlizi bizi Uzaq Şərqə qədər çıxaracaq"
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir - FOTOLAR
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - SİYAHI
Sabah hava necə olacaq? - Proqnoz
May ayında neçə gün rəsmi iş olmayacaq? - Dəyişiklik
Bakıdakı bəzi universitetlər bölgələrə köçürüləcək - 4 ilə kimi
Əli Əsədov MM-də quru sərhədlərindən danışdı: "Son hadisələr bu qərarın nə qədər əsaslı olduğunu göstərir"
Xətaidə qaydanı pozan “Ferrari” duracağa yerləşdiridi - VİDEO
64 əcnəbiyə Azərbaycan vətəndaşlığı verilib
Vəkil Raul Ramazanov kollegiyadan çıxarıldı
Tramp: "İranla bağlı proses çox sürətlə irəliləyir"
Lənkəran İcra Hakimiyyətində 49 vəzifə ləğv edilib
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
İraqda hərbi bazaya dron hücumu: fransız əsgəri həlak oldu - Makron sərt bəyanat verdi
Ceyhun Bayramovla Pakistan XİN başçısı telefonda müzakirə aparıb
MHP lideri: "Türkiyə ilə İranı üz-üzə gətirmək istəyənlər var"