Samir Feyruzov yazır: "MAFİYALAŞMIŞ MEDİA ƏLAQƏLƏNDİRİCİLƏRİ..."
12-01-2025 [12:40]
Samir Feyruzov,
Azsiyaset.az-ın Baş redaktoru
***
Ötən ilin dekabr ayının 9-da şəxsi “Facebook” hesabımda ov sezonunun açılmamasının səbəbləri barədə qısa yazı tirajladım. Hər ilin sentyabr ayında ov sezonuna start verildiyini, amma COP29-a hazırlıq tədbirlərinin tərkib hissəsi kimi 2024-cü ilin yanvar ayında ov sezonu dayandırıldığını həmin yazıda qeyd etmişdim. Artıq yanvar ayının 11-idir, fevral ayında isə ov sezonu açılmadan bağlanacaq.
Ovçuların dəfələrlə etdiyi müraciətlərə və bu məsələnin bəzi media resurslarında işıqlandırılmasına baxmayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi susqunluq nümayiş etdirdi, ov sezonunun hansı səbəblərdən bağlı saxlanılması barədə ovçulara və ictimiyyətə açıqlama verməyi lazım bilmədi. Nazirliyin bütün bu müraciətlərə etinasız münasibəti onu deməyə əsas verir ki, ov sezonunun bağlı saxlanılması şəxsən nazir Muxtar Babayevin əmridir. Nazirin lap əvvəldən mediaya olan neqativ münasibəti, eləcə də ictimai rəyi əhəmiyyətli hal hesab etməməsi bu etinasızlığın əsas səbəbi kimi görünür. Lakin ov sezonunun bağlı saxlanılmasının səbəbləri var və səbəblərin daha çox M.Babayevin şəxsi istəklərinə bağlı olduğu heç bir şübhə yaratmır.
Məlumat üçün qeyd edim ki, bu günə qədər “Aziyaset”də nazir M.Babayevin fəaliyyətini təqdir edən analitik məqalələr dərc olunub. Yəni, ona qarşı heç bir qərəzdən söhbət belə gedə bilməz. O, sələfi Hüseynqulu Bağırovdan tamamilə fərqlənir, ən azı ona görə ki, uzun illər Nazirlikdə formalaşan marginal, təbiətə qarşı vəhşi münasibət sərgiləyən qruplaşmaların səlahiyyətlərini əhəmiyyətli dərəcədə azalda bilib. https://azsiyaset.az/tehlil-analitika/5627-Ekologiya-Nazirliyinin-menyusuna-once-ereb-ovchularinin-serguzeshtleri-sonra-qirilan-Lenkeran-mesheleri.html
H.Bağırovun zamanında nazirliyin fəaliyyətindəki nöqsanlarla bağlı media resurslarında dərc edilən məqalələr anındaca yox çıxırdı, qurumun mətbuat xidməti müxtəlif üsullarla bu məqalələrin silinməsinə nail olurdu. Deməli, həqiqətən də problemlər var idi, amma iş görülmürdü, bu problemləri də hansısa yollarla gizlətmək lazım idi. İndi pozitiv istiqamətdə yazılan məqalələrə görə də heç kəs nazir M.Babayevdən alqış istəmir, ən azı saytımızda dərc edilən məqalələrə görə təşəkkür belə ummuruq. Problemləri də deməliyik. Bu gün isə nazirlik problemlərin göstərildiyi heç bir məqaləyə reaksiya vermir. Halbuki, həmin mətbuat xidməti yenə də yerindədir. Ya nazir məqalələrə reaksiya verilməməsini tapşırıb, ya da mətbuat xidmətinin küstar yazı sildirmə metodologiyası deaktiv olub və problemlər nazirə olduğu kimi məruzə edilmir. Hər halda, mediaya və şikayətçilərə qarşı bu etinasızlığın ən azı bir səbəbi olmalıdır.
Biz nə üçün çalışırıq, şikayət etdiyimiz məsələ nədir? Ov sezonu bağlıdır və ovçular dəfələrlə nazirə müraciət edib, amma nəticə yoxdur. COP29-dan sonra da nazir M.Babayev problem yaşamaq istəmir, bəlkə də məhz buna görə neqativlərin ictimailəşə biləcəyi sahələrdə tam qapanma qərarı verib?! Bəlkə də başqa bir vəzifəyə gedəcək, məsələn, Samir Şərifov kimi o da Baş nazirin müavinlərindən biri olacaq və bu vəzifəyə gedənə qədər də “sakit rejim” moduna keçib?!
Bəs, iqtisadiyyat, faydalılıq? Bir daha qeyd edirəm:
Əvvəla, ov sezonu bağlı qaldıqca qanunsuz ovçuların sayı da artmış olur, əlavə və kimlərinsə şəxsi maraqlarına xidmət edən neqativ hallara gətirib çıxarır.
Digər tərəfdən, ov sezonunda iqtisadiyyat az xeyir götürmür, ovçular xeyli pul xərcləyirlər, ov tüfəngləri, müxtəlif ləvazimatlar alınır, onlara lisenziyalar verilir və s.
https://azsiyaset.az/cemiyyet/14565-Muxtar-Babayev-ov-sezonunu-niye-achmir.html
İndi sual olunur, nazir bütün bunları nə üçün istəmir? Görəsən, ovçuların əsaslandırılmış müraciətləri nazirin qarşısına qoyulubmu? O, ovçuların müraciətlərini izləyibmi?
Mən ovçu deyiləm, dostlarımızın içində də ovçu yoxdur. Yəni, nazirliyin mafiyalaşmış media əlaqələndiriciləri hesab etməsin ki, bu sualları özümə görə verirəm. Məqsədim ictimaiyyətə olan hörmətsizliyin səbəblərini başa düşməkdir. Nazirliyin başqa işlərinə aid suallar ünvanlamaq niyyətindən uzağam, məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11300 əməkdaşı var idi, indi bu rəqəm tam yarılanıb. Səbəblərini soruşurqmu? Yox!
Qanun yaxın qohumların eyni qurumda işləməsini qadağan edir. ETSN isə belə qohum işçilərlə doludur – valideyn-övlad, ər-arvad, bacı-qardaş və s. Bunu da soruşmuruq...
Nazirlik şimal rayonlarımızda qanunsuz daş karxanalarının işləməsinə niyə göz yumur? Bu da bizlik deyil. Əslində bizlikdir, sadəcə eşitməyənə sual verməzlər! Onsuz da öz bildiyini edəcək.
Baş bankir müşaviri ilə yollarını ayırdı
Vəzifəli şəxsi aldadıblar - Oğlunu nazirliyə işə götürmək adıyla
AZAL Hindistana reysini təxirə salıb
Azərbaycan XİN Hindistan ilə Pakistan arasında toqquşmaya - Reaksiya
Əli Əsədov yeni qərar imzalayıb
Tramp “Kanada satılmır” deyən Baş nazirin üzünə belə dedi: "Elə demə, bunu zaman göstərəcək”
Mətanət İsgəndərlinin prodüseri jurnalistə çəmkirdi: "Onun sənə borcu yoxdur" - VİDEO
Azərbaycan nefti bir dollardan çox bahalaşdı
Magistraturalarına qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Jurnalist Ülviyyə Əli saxlanılıb
Ceyhun Bayramov İraqa gedib
UNEC-in 70 məzunu İlham Əliyevə müraciət ünvanladı - VİDEO
Qəzzada 8 fələstinli həyatını itirib - Biri azyaşlı qızdır
Dövlət katibindən Hindistan və Pakistana çağırış: "Biz bu gərginliyin tez bitməsini gözləyirik"
Pakistan: "Qərargahlar, 5 döyüş təyyarəsi, bir PUA vurulub"
BMT-dən xəbərdarlıq: "Dünya Hindistan və Pakistan arasındakı müharibəni qaldıra bilmız"
ABŞ-dan Hindistan və Pakistan arasındakı toqquşmaya reaksiya: "Ümid edirəm ki, münaqişə çox tez bitəcək"
HİNDİSTAN PAKİSTANA HÜCUM ETDİ - Rəsmi İslamabaddan "uyğun tədbirlər görülür" mesaj gəldi
Qəzzaada məktəbə zərbələr endirilib - 35 nəfər həlak olub
ABŞ-la Husilər əl sıxışdı - Atəşkəs anlaşması İsraildə şok effekti yaratdı (AÇIQLAMALAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Nazirlikdən vəzifədən çıxarılan jurnalistə hansı vəzifə verilib? - "Həmkar"lardan açıqlama gəldi (YENİLƏNİB)
Hacıqabulun kəndlərində sel: üç kəndi təhlükə altına düşüb
Emin Əmrullayevin məzunlara qəsdi: səbəb nədir? - VİDEO
Almaniyanın yeni kansleri bəlli oldu
Ərdoğan "Haber Global"a mükafat təqdim edib
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb - Nələr müzakirə olunub?
Husilər: "İsrailin Səna hava limanını bombaladı"
Oleq Bakinski azadlığa buraxıldı - Məhkəmə zalından
Sahibə Qafarova Federal Milli Şurasının sədri ilə görüşüb
DEPUTAT MOSKVADA BAŞINA AÇILAN "OYUN"DAN DANIŞDI: "Bu, təbii ki, münasibətlərə kölgə salır" - MÜSAHİBƏ
Elman Nəsirov, Abbas Əliyev və Abdin Fərzəliyev... - Deputatın Moskvaya buraxılmamasının pərdəarxası... (TƏHLİL)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xanlar Vəliyevin oğlu 14 milyonluq binanı aldı - Elşən Vəliyev hazırda təhvil-təslim aparır
Qəzzada daha 48 nəfər öldürülüb
Prezident İlham Əliyev yeni fərman imzalayıb
Bu məhkəmələrə sədr və müavinlər təyin olunub - SİYAHI
Rəsmi Moskvadan neflə bağlı mesaj: "Bu, siyasi prosesdir"
Putinin sözçüsü Brazilyaya yox dedi: "ABŞ-la danışıqlar davam edir"
Nemət Pənahlının maşını özündən xəbərsiz satılıb: "Adama sual verirəm ki, bazarda 26 min manata belə maşın var?"
Baş nazir Sarıcalı kəndində olub
Hikmət Hacıyev İran XİN rəsmisi ilə müzakirə aparıb - FOTO