Samir Feyruzov yazır: "MAFİYALAŞMIŞ MEDİA ƏLAQƏLƏNDİRİCİLƏRİ..."
12-01-2025 [12:40]
Samir Feyruzov,
Azsiyaset.az-ın Baş redaktoru
***
Ötən ilin dekabr ayının 9-da şəxsi “Facebook” hesabımda ov sezonunun açılmamasının səbəbləri barədə qısa yazı tirajladım. Hər ilin sentyabr ayında ov sezonuna start verildiyini, amma COP29-a hazırlıq tədbirlərinin tərkib hissəsi kimi 2024-cü ilin yanvar ayında ov sezonu dayandırıldığını həmin yazıda qeyd etmişdim. Artıq yanvar ayının 11-idir, fevral ayında isə ov sezonu açılmadan bağlanacaq.
Ovçuların dəfələrlə etdiyi müraciətlərə və bu məsələnin bəzi media resurslarında işıqlandırılmasına baxmayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi susqunluq nümayiş etdirdi, ov sezonunun hansı səbəblərdən bağlı saxlanılması barədə ovçulara və ictimiyyətə açıqlama verməyi lazım bilmədi. Nazirliyin bütün bu müraciətlərə etinasız münasibəti onu deməyə əsas verir ki, ov sezonunun bağlı saxlanılması şəxsən nazir Muxtar Babayevin əmridir. Nazirin lap əvvəldən mediaya olan neqativ münasibəti, eləcə də ictimai rəyi əhəmiyyətli hal hesab etməməsi bu etinasızlığın əsas səbəbi kimi görünür. Lakin ov sezonunun bağlı saxlanılmasının səbəbləri var və səbəblərin daha çox M.Babayevin şəxsi istəklərinə bağlı olduğu heç bir şübhə yaratmır.
Məlumat üçün qeyd edim ki, bu günə qədər “Aziyaset”də nazir M.Babayevin fəaliyyətini təqdir edən analitik məqalələr dərc olunub. Yəni, ona qarşı heç bir qərəzdən söhbət belə gedə bilməz. O, sələfi Hüseynqulu Bağırovdan tamamilə fərqlənir, ən azı ona görə ki, uzun illər Nazirlikdə formalaşan marginal, təbiətə qarşı vəhşi münasibət sərgiləyən qruplaşmaların səlahiyyətlərini əhəmiyyətli dərəcədə azalda bilib. https://azsiyaset.az/tehlil-analitika/5627-Ekologiya-Nazirliyinin-menyusuna-once-ereb-ovchularinin-serguzeshtleri-sonra-qirilan-Lenkeran-mesheleri.html
H.Bağırovun zamanında nazirliyin fəaliyyətindəki nöqsanlarla bağlı media resurslarında dərc edilən məqalələr anındaca yox çıxırdı, qurumun mətbuat xidməti müxtəlif üsullarla bu məqalələrin silinməsinə nail olurdu. Deməli, həqiqətən də problemlər var idi, amma iş görülmürdü, bu problemləri də hansısa yollarla gizlətmək lazım idi. İndi pozitiv istiqamətdə yazılan məqalələrə görə də heç kəs nazir M.Babayevdən alqış istəmir, ən azı saytımızda dərc edilən məqalələrə görə təşəkkür belə ummuruq. Problemləri də deməliyik. Bu gün isə nazirlik problemlərin göstərildiyi heç bir məqaləyə reaksiya vermir. Halbuki, həmin mətbuat xidməti yenə də yerindədir. Ya nazir məqalələrə reaksiya verilməməsini tapşırıb, ya da mətbuat xidmətinin küstar yazı sildirmə metodologiyası deaktiv olub və problemlər nazirə olduğu kimi məruzə edilmir. Hər halda, mediaya və şikayətçilərə qarşı bu etinasızlığın ən azı bir səbəbi olmalıdır.
Biz nə üçün çalışırıq, şikayət etdiyimiz məsələ nədir? Ov sezonu bağlıdır və ovçular dəfələrlə nazirə müraciət edib, amma nəticə yoxdur. COP29-dan sonra da nazir M.Babayev problem yaşamaq istəmir, bəlkə də məhz buna görə neqativlərin ictimailəşə biləcəyi sahələrdə tam qapanma qərarı verib?! Bəlkə də başqa bir vəzifəyə gedəcək, məsələn, Samir Şərifov kimi o da Baş nazirin müavinlərindən biri olacaq və bu vəzifəyə gedənə qədər də “sakit rejim” moduna keçib?!
Bəs, iqtisadiyyat, faydalılıq? Bir daha qeyd edirəm:
Əvvəla, ov sezonu bağlı qaldıqca qanunsuz ovçuların sayı da artmış olur, əlavə və kimlərinsə şəxsi maraqlarına xidmət edən neqativ hallara gətirib çıxarır.
Digər tərəfdən, ov sezonunda iqtisadiyyat az xeyir götürmür, ovçular xeyli pul xərcləyirlər, ov tüfəngləri, müxtəlif ləvazimatlar alınır, onlara lisenziyalar verilir və s.
https://azsiyaset.az/cemiyyet/14565-Muxtar-Babayev-ov-sezonunu-niye-achmir.html
İndi sual olunur, nazir bütün bunları nə üçün istəmir? Görəsən, ovçuların əsaslandırılmış müraciətləri nazirin qarşısına qoyulubmu? O, ovçuların müraciətlərini izləyibmi?
Mən ovçu deyiləm, dostlarımızın içində də ovçu yoxdur. Yəni, nazirliyin mafiyalaşmış media əlaqələndiriciləri hesab etməsin ki, bu sualları özümə görə verirəm. Məqsədim ictimaiyyətə olan hörmətsizliyin səbəblərini başa düşməkdir. Nazirliyin başqa işlərinə aid suallar ünvanlamaq niyyətindən uzağam, məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11300 əməkdaşı var idi, indi bu rəqəm tam yarılanıb. Səbəblərini soruşurqmu? Yox!
Qanun yaxın qohumların eyni qurumda işləməsini qadağan edir. ETSN isə belə qohum işçilərlə doludur – valideyn-övlad, ər-arvad, bacı-qardaş və s. Bunu da soruşmuruq...
Nazirlik şimal rayonlarımızda qanunsuz daş karxanalarının işləməsinə niyə göz yumur? Bu da bizlik deyil. Əslində bizlikdir, sadəcə eşitməyənə sual verməzlər! Onsuz da öz bildiyini edəcək.
Bosniya və Herseqovina rəsmisi: Azərbaycanla strateji tərəfdaşlıq sazişini imzalayan ilk lider olmaqdan qürur duyuram
9-cu siniflərin buraxılış imtahanının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Bako Sahakyan: Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” kimi silahlar olmayıb
HƏMAS ABŞ vətəndaşlığı olan girovun azad edilməsinə hazırdır
Bako Sahakyan: Qondarma rejimin “ordusu” Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsi idi
Magistraturaya qəbulun I cəhdinin yekun nəticələri elan olunub, bir nəfər ən yüksək nəticə göstərib
Mixeil Saakaşvili ilə bağlı elan olunacaq hökmün tarixi məlum olub
Mirzoyan: Ermənistan-Türkiyə normallaşma prosesi davam edir
Bolqarıstanın sabiq prezidenti: “Azərbaycanla faydalı olan yeni layihələr planlaşdırırıq”
Belçika XİN başçısı: Bakı və İrəvan arasında sülh danışıqlarında irəliləyiş ümidvericidir
Tərtərdə ata oğlunu öldürməkdə şübhəli bilinir
Niderland XİN başçısı: Bakı və İrəvan arasında sülh regional sabitlik və rifah üçün zəruridir
Gürcüstan XİN: Ermənistan və Azərbaycan arasında danışıqların başa çatması sülhə doğru tarixi addımdır
Putin ötən gün Trampın xüsusi nümayəndəsini qəbul edib
Bakıda əməliyyat: 3 nəfər saxlanılıb
Əfv Məsələləri Komissiyasının iclaslarının vaxtı uzadılıb - AÇIQLAMA
Azercell “Azərbaycan Biznes Keys Müsabiqəsi 2025”ə dəstək verir
Sabahın hava proqnozu açıqlandı
"Hələ ağır ittihamlar da var, sadəcə olaraq, utanıram" - Şair AYP-ə belə mesaj verdi, Rəşad Məcid isə üzr gözləyir
Ballıca kəndinə daha 98 nəfər köçürülüb
Əli Əsədov Milli Məclisdə hesabat verir - (Yenilənir)
İmişlidə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
Bakıda "Boranı" restoranında baş verən yanğın söndürülüb (Yenilənib)
Bakının iki rayonunda Novruz bayramı tədbirləri başlayıb
Azərbaycan neftinin qiyməti enib
Rəsmi Tehrandan ABŞ-ın yeni sanksiyalarına etiraz: "Bu, beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir"
"Fənərbağça" Avropa Liqası ilə vidalaşdı - Penaltilərlə
Xarici İşlər Nazirliyi bəyanat yayıb
İsrail daha 3 fələstinlinin cəsədini verməyib - Morqlarda indiyədək 676 meyit "girov" saxlanılır
Ağstafada dönərdən kütləvi zəhərlənmə - SİYAHI (YENİLƏNİB)
Kanada ABŞ-dan şikayət edib - ÜTT-yə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan Putinin "ikibaşlı açıqlaması"na reaksiya: "Ondan "hə" gözləyirdim, tezliklə görüşmək lazımdır"
Zelenski Ərdoğanın Kiyevə səfərə hazırlaşdığını dedi: "Azad Ticarət Sazişini ratifikasiya etməyə hazırıq"
Ermənilər Bakıda məhkəmə zalında: "Əldə olunan gəlir Ermənistanın “kredit” adı ilə..."
Bakıda XII Qlobal Bakı Forumu: İLHAM ƏLİYEV MÜHÜM MESAJLAR VERDİ - ÇIXIŞ + FOTOLAR (YENİLƏNİB)
Osimhen müsahibə verdi: ""Qalatasaray"da çempion olacağıq"
PUTİN TRAMPA TƏŞƏKKÜR ETDİ: "Kurskdakı Ukrayna əsgərlərinin iki seçimi var, ya təslim olacaqlar, ya da..."
4 vəkilə xəbərdarlıq edilib, 2 vəkilə isə töhmət verilib