YENİ VİRUS: "insan metapnevmovirusu"nun əlamətləri və təhlükəsi... (YENİLƏNİB)
06-01-2025 [13:36]
"Rəsmi mənbələrdən alınmış məlumatlara əsasən, sözügedən xəstəliklərin daha bir təzahürü olan metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxstan və Rusiyada müşahidə olunur".
Səhiyyə Nazirliyindən verilən məlumata görə,hər il Şimal Yarımkürəsində yerləşən ərazilərdə soyuq aylarda (əsasən dekabr-mart aylarında) mövsümi qrip (influenza) və digər kəskin respirator virus infeksiyalarının müxtəlif ştamları yayılır.
Nazirlikdən bildirilib ki, metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir və bütün dünyada geniş yayılıb: "Metapnevmovirus bir çox digər kəskin respirator virus infeksiyalarına xas olan öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomlarla təzahür edir. Bu infeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur. Virus yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus xəstəlikləri kimi adətən 7-10 gün ərzində aradan qalxır. İmmun sistemi zəif olan və ya yanaşı xəstəlikləri olan (məs., bronxial astma, ağciyərlərin xroniki xəstəlikləri) insanlarda bronxit və ya pnevmoniya ilə ağırlaşa bilər.
Bunu da qeyd etmək lazımdır ki, yanaşı xəstəlikləri olmayan şəxslərdə respirator infeksiyalar əsasən fəsadsız keçir, qısa müddət ərzində öz-özünə sağalma ilə nəticələndiyindən müalicə adətən simptomlara görə aparılır. Belə xəstələrdə laborator müayinə nəticəsində virusun dəqiqləşdirilməsi müalicəvi yanaşma baxımından xəstə üçün heç nəyi dəyişmir. Beynəlxalq protokollara əsasən bu cür müayinələrin rutin aparılmasına ehtiyac yoxdur".
Nazirlik ölkə ərazisində sözügedən virusa qarşı görülən tədbirlər barədə də məlumat verib:
"Ölkə ərazisində epidemioloji vəziyyətə nəzarət, epidemik dövrdə qripin hansı ştamlarının dövr etməsini müəyyən etmək üçün Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyasında xəstələrin burun-udlaq nahiyəsindən götürülmüş yaxmaların molekulyar üsulla (PZR) müayinəsi aparılır. Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə, həmçinin əl gigiyenasına riayət etməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini tövsiyə edir. Hər hansı respirator simptomları olan şəxslərin ev şəraitində simptomatik müalicə alması məqsədəuyğun hesab olunur. Bununla yanaşı, respirator virus infeksiyaları üzrə risk qrupuna daxil olan şəxslərin nazirliyi tərəfindən elan olunmuş qrip əleyhinə vaksinasiyadan keçməsi tövsiyə olunur".
***
Dünyada COVID-19-dan daha təhlükəli və daha çox yayılma potensialı olan yeni virus tüğyan edir. Çinin şimalında "insan metapnevmovirusu" (HMPV) hallarının artması epidemiya narahatlıqlarına səbəb olub.
Mia.az-ın məlumatına görə, COVID-19 ilk dəfə 2019-cu ilin dekabr ayında elə Çinin Uxan şəhərində aşkar olunmuşdu. Virus, tənəffüs yoluyla yayılan və insanlardan insana keçən bir patogen olduğu üçün çox sürətlə yayılmağa başladı.
Son günlər isə insanların qorxulu yuxusuna çevrilən yeni - HMPV (Human Metapneumovirus) virus yayılıb. Hansı ki, bu virus COVID-19-dan daha təhlükəli və təkrar yoluxma ilə müşahidə olunur.
Bəs bu virusu nədir? HMPV-nin simptomları hansılardır?
Bizim.Media yeni virusla bağlı əsas məqamları araşdırıb:
Sözügedən virus insanlar arasında tənəffüs yollarının infeksiyasına səbəb olur. Virus Paramyxoviridae ailəsinə aiddir və ilk dəfə 2001-ci ildə kəşf edilib. HMPV uşaqlar, yaşlılar və zəifləmiş immun sistemi olan şəxslər arasında xüsusilə ciddi təsir göstərir.
HMPV yoluxmuş şəxsin tənəffüs damcıları vasitəsilə (öskürək, asqırma və ya yaxın təmas zamanı) yayılır.
Yoluxmuş səthlərə toxunduqdan sonra əlləri ağıza, buruna və ya gözlərə toxundurma nəticəsində də keçə bilir.
Yüngül hallarda - burun axması, asqırma, öskürək, yüngül, qızdırma ilə, ağır hallarda isə bronxiolit, pnevmoniya, nəfəsalma çətinliyi ilə müşahidə olunur. Uşaqlar və yaşlılar arasında bu virus daha ciddi tənəffüs problemlərinə səbəb olur.
HMPV virusu azyaşlı uşaqlarda, yaşlı insanlarda və xroniki xəstəlikləri, yaxud zəifləmiş immun sistemi olan şəxslərdə daha risklidir.
Bu virusdan müalicə olunmaq üçün spesifik dərman yoxdur.
Simptomatik müalicə (qızdırma salıcı dərmanlar, su balansının qorunması və s.) tətbiq edilir.
Yoluxmanın qarşısını almaq üçün əllərin mütəmadi yuyulması, maskadan istifadə və xəstə insanlarla təmasın məhdudlaşdırılması tövsiyə edilir.
HMPV simptomatik olaraq RSV (Respiratory Syncytial Virus) və digər tənəffüs yolları viruslarına bənzəyir.
HMPV, xüsusilə mövsümi olaraq, yaz və qış aylarında daha çox yayılır. Hər hansı ağır simptomlar meydana gəldikdə, həkimə müraciət etmək mütləqdir.
Ümumiyyətlə, HMPV infeksiyası geniş yayılmayan, lakin müəyyən qruplar üçün ciddi təhlükə yarada bilən bir virusdur.
Qeyd edək ki, artıq yeni virusun yayılma arelı genişlənməkdədir. Belə ki, yeni virus Qazaxıstan, Qırğızıstan, Hindistan və Ukraynada aşkar olunub. Hazırda Çində sözügedən virusa yoluxma halları artmaqdadır. Metapnevmovirusa daha çox 14 yaşa qədər uşaqlar və 60 yaşdan yuxarı şəxslərdə rast gəlinir.
MİA.AZ
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər