ABŞ-ın 5 ştatında fövqəladə vəziyyət elan edilib - 30 ştatda isə...

img

06-01-2025 [00:30]


ABŞ-da güclü qaqr bir sıra ştatlarda hərəkəti iflic edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  müvafiq qərarla Kentukki, Virciniya, Kanzas, Arkanzas və Missuri ştatlarında güclü qar, buzlanma, güclü yağış və tufan səbəbindən fövqəladə vəziyyət elan edilib.

Məlumata görə, bununla yanaşı, 30 ştatda "həyəcanlı vəziyyət" elan olunub, əhaliyə  evdə qalmaları tövsiyə edilib: "Ölkədə 2 min reys təxirə salınıb, bir çox qatar reysləri ləğv edilib"

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, ölkədə son 10 ilin ən güclü qarı” gözlənilir.

Tahir Şəlvəli
MİA.AZ  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA