UKRAYNA ORDUSU RUSİYA ƏRAZİSİNƏ YENİDƏN HÜCUMA KEÇDİ: "...ruslar çox narahatdır" - Putin ən etibarlı generalını döyüşə göndərib
06-01-2025 [00:02]
Ukrayna ordusu dünən səhər saatlarında bir neçə istiqamətdən Rusiyanın Kursk vilayətinə yenidən hücuma keçib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko yayılan məlumatları təsdiqləyib.
O bildirib ki, Ukrayna ordusu Rusiyanın Kursk vilayətinə hücum edib: "Kursk vilayətində ruslar çox narahatdırlar, çünki onlar bir neçə istiqamətdə hücuma məruz qalıblar. Bu, onlar üçün sürpriz olub. Müdafiə qüvvələrimiz əla işləyir".
Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak da hücumla bağlı açıqlama verib.
Onun sözlərinə görə, ukraynalı hərbçilər qəfil həmlə lə çox uğurlu irəliləyişə nail olub: "Kursk bölgəsindən yaxşı xəbərlər var. Rusiya layiq olduğu zərbəni alır".
Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun Kursk bölgəsində irəliləməsini etiraf edib.
Nazirlikdən bildirilib ki, hücumu dayandırmaq üçün əks-hücum əməliyyatı başlayıb: "Ukrayna ordusu yanvarın 5-də Moskva vaxtı ilə saat 09:00 radələrində Berdin istiqamətindən 2 tank, bir texniki maşın və 12 zirehli döyüş maşınından ibarət desant qüvvəsi ilə əks hücuma keçib. Bölgədəki hərbi birləşmələrimizə hücumu dayandırmaq əmri verilib. Şimal hərbi birləşmələrinin hava və artilleriya zərbələriylə Ukrayna Silahlı Qüvvələrinin desant qüvvələrinin 2 tankı, bir texniki maşını və 7 zirehli döyüş maşını qısa zamanda məhv edilib. Hazırda əməliyyat şəraiti nəzarətdədir. Ordumuz lazımı tədbirləri görür".
Böyük Britaniyanın “The Telegraph” qəzeti isə yazıb ki, qəfil əks-hücumdan sonra Putin Kursk bölgəsinə daha çox etibar elədiyi müdafiə nazirinin müavini, general Yunus-Bek Yevkurovu göndərib: "O, hücum xıəbərindn dərhal sonra bölgəyə göndərilib. Bölgəyə yetişəın general əməliyyatlara şəxsən nəzarət edir".
Xatırladaq ki, bu bölgədə Rusiya tərəfindən döyüşən 10 minə yaxın Şimali Koreya hərbçisinin də olduğu haqda xəbərlər var.
Lamiyə ƏHMƏDLİ
MİA.AZ
SDQ "Ağ bayraq" qaldırdı, Şara atəşkəs elan etdi: "Hökumət qüvvələri üç şəhərə daxil olacaq" (YENİLƏNİB)
Suriya ordusu SDQ-yə qarşı daha iki cəbhə açdı - Türkiyə tərəfdən...
Binəqədidə maşın və motosiklet oğruları tutulub
2026-cı ilin sonuna qədər ev və maşın alacaq - 5 BÜRC
Ramil Şeydayev “Qarabağ”dan da gedir
Qar yağacaq - Sabahın hava proqnozu
Prezident İlham Əliyev Şəhidlər xiyabanında - FOTOLAR
Anar Ələkbərov “Qeyzer” adlı sərgidə - FOTOLAR
Dağətəyi rayonlara qar yağır
Şamaxı və Ağsuda zəlzələ olub (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu
Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
Suriya ordusu qruplaşmaya qarşı daha bir şəhərdə əməliyyata başlayıb
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
Sürücülərə xəbərdarlıq olunub - Hava ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Oktay Kaynarcanın narkotestinin cavabı çıxdı: "Başım dikdir"
“PAŞA Holding”də yeni törəmə şirkət yaradıldı, təyinat oldu – “PAŞA Maliyyə Holding” hans işləri görəcək?
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Türkiyə futbolunda "mərc oyunu": 146 məşqçi cəzalandırıldı - SİYAHI
Partiya sədri Akşeneri ziyarət etdi - Sabiq partiya liderinin fotosu müzakirəyə səbəb oldu (FOTO).
Türkiyədə benzin qiymətləri enir - Bu gecədən
Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib
Nadejda İsmayılova "Şöhrət" ordeni verildi - Sərəncam
Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklik oldu - Prezident təsdiqlədi (DETALLAR)
PREZİDENT İH SƏDRİNİ VƏZİFƏDƏN ÇIXARDI - Yeni təyinat + FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Tanınmış aktyor qaraciyər donoru axtarırır - Qardaşından açıqlama
Səlim Müslümovun dayısı qızının əri şirkətdən də uzaqlaşdırılıb
Joze Mourinyo "Beşiktaş"ın oyunçusunu istəyir
Nigar Səfxanova kollec direktoru təyin edildi
"Atena” qanunvericiliyi pozub
"Qalatasaray"ın uruqvaylı yarımmüdafiəçisi ayrılmaq istəyir: "Motivasiyasını itirib..."
Türkiyədə zəlzələ oldu - 4 bal
BALIQ OVU KVOTASI TƏSDİQLƏNDİ - Hökumətdən qərar + CƏDVƏL
Baş prokuror 5 rayondan olan vətəndaşları qəbul edib
Qaraçuxurda bina tikintisi və 500 min manatlıq dələduzluq - İş adamını kimlər aldadıb?
"Obyekt sahibləri daha artıq əmlak vergisi ödəsin" - Təmraz Tağıyev