"Qalatasaray" 38 yaşlı qapçı ilə daha bir il anlaşmaq istəyir, lakin...

img

28-12-2024 [18:54]


"Qalatasaray" 38 yaşlı uruqvaylı qolkiperlə yenidən anlaşmaq istəyir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub yayda karyerasını bitirməyi planlayan Fernando Muslera ilə daha 1 il davam etmək üçün danışıqlar aparır.

Məlumata görə, aktiv futbol həyatını dayandırmaq və ölkəsinə dönmək istəyən Musleranı dilə tutan "Qalatasaray rəhbərliyi hələlik onu yola gətirə bilməyib.

Xəbərdə deyilir ki, buna paralel olaraq, "Qalatasaray" yeni qolkiper axtarışını da davam etdirir.

Zülfiyyə Mustafayeva
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:51 28.12.2024

Sabah yağış yağacaq